Loading
TIVI plaza – Əhməd Rəcəbli küç.1, Bakı, Azərbaycan
(+99412) 464 83 70 (+99451) 788 88 33
HAVALANDIRMA

Tüstü təmizləyən sistem
–bu qəza kompleksi yanğın zamanı insan təxliyəsi üçün uyğun şərait yaradan axıcı-sovurucu havalandırma kompleksidir. Tüstü əleyhinə qoruma sistemi ümumi yanğın təhlükəsizliyi tədbirləri kompleksinə daxildir. Yanğın siqnalının işə düşməsi zamanı, yanğın əleyhinə ventilyasiya işə düşür. Tüstü təmizləyən sistem yanıq məhsulları və yanğın mərkəzindən gələn tüstünü aktiv uzaqlaşdırmağa başlayır və həmçinin onun başqa zonalara yayılmasının qarşısını alır.

Ventilyatorlar təmiz havanı yanğın və əsas çıxışlara, pilləkən çıxışları və liftlərə yönləndirirlər. Tikinti normativlərinə uyğun olaraq – tüstü təmizləyən qurğularla hündür binalar təchiz edilməlidir ( 10 mərtəbədən yüksək ) B yanğın təhlükəsizliyi sinfinə aid olanlar, təbii havalandırma sistemi olmayanlar, yeraltı məntəqələr, zindanlar, xəstəxanalar və insanların toplandığı digər məntəqələr .

    Tüstü əleyhinə sistem növbəti tapşiriqlari yerinə yetirir :
    1.Yanğın yerindən alovun yayılmasının qarşısının alınması .
    2.Təxliyə yollarında tüstülənməni azalması .
    3.Yanğın mərkəzindən kənarda normal mikro iqlim təminatı - bu yanğınsöndürənlər personalına işini effektiv yerinə yetirməyə imkan yaradır.
    4.Məntəqədə havanın temperaturunun aşağı endirilməsi.
    Bağlı məntəqələrdə yanğın zamanı temperatur 1000°С çata bilər, tüstü çıxaran sistemin işi zamanı isə 400°С- yə kimi enə bilər.
    Ofis və yaşayış məntəqələri normativlərə görə bu temperatura dözümlü olmalıdır – uçulma riski kifayət qədər aşağı düşür və insanların təhlükəli zonanı tərk edə bilirlər.
    5.Yoxlama və yanğın mənbəyi haqqında vaxtında xəbər vermək.
    6.Yanğın məhsullarının məntəqədən çıxarılması üçün avtomatik olaraq lyukların və pəncərələrin açılması.
    7.Oksigenin miqdarını normada saxlamaq – bu evakuasiya və insanların təhlükəsizliyi üçün önəmlidir.

    Yanğın əleyhinə havalandırma sistemi fizika qanunlarına uyğun işləyir : soyuq hava məntəqənin aşağı hissəsinə enir, isti isə yuxarı qalxır.İsti havanın çıxarılması üçün avadanlıq temperaturun yüksəlməsinin qarşısını almağa imkan yaradır və insan orqanizminə tüstünün mənfi təsirini azaldır.

    Tüstü əleyhinə sistemlərin növləri :
    Statik və dinamik havalandırma
    Bu gün üçün bütün tüstü çıxarma sistemlərini statik və dinamik komplekslərə bölmək olar. Statik tüstü çıxarma zamanı havalandırma sisteminin söndürülməsi baş verir. Bu zaman tüstü məntəqənin digər zonalarına keçmir. Bu cür sistem daha primitiv və qiyməti isə daha uyğundur. Nəticədə tüstü çıxarılması baş vermir, sadəcə bütün tüstü bir məntəqədə lokallaşır.
    Dinamik tüstü çıxarma sistemi tüstünün və hisin çıxarılması, həmçinin təmiz hava axınının təchizi üçün nəzərdə tutulub. Kompleksin işi yanğın məhsullarını məntəqədən kənara çıxaran ventilyatorlardan istifadə əsasında formalaşıb.Tüstü çıxarma sisteminin sxeminin seçimi binanın konstruksiyanın xüsusiyyətlərindən və bu və ya digər layihəni reallaşdırmağın mümkünlüyündən asılıdır.İdarə etmə növünə görə tüstü çıxarma sistemləri avtomatik və yarım avtomatik tüstü çıxarma sistemlərinə bölünürlər.
    Avtomatik tüstü çıxarma obyektin təhlükəsizlik sistemi, avtomatik yanğın söndürmə və yanğın siqnalizasiyası ilə təchiz olunub. Çox sayda avadanlıq və mühəndis sistemləri ilə təchiz olunmuş binaları avtomatik tüstü çıxarma sistemi ilə təchiz etmək daha məqsədə uyğundur. Kompleks yanğın söndürmə və tüstü çıxarma sistemi yanğının alışması və genişlənməsi riskini, avadanlıqdakı ən xırda sıradan çıxmalar haqqında siqnal verərək praktiki olaraq azaldır.
    Tüstü çıxaran sistemlərin elementləri Tüstü çıxarma daxili səthi yanğına davamlı maddələrlə örtülmüş havalandırma şaxtaları vasitəsilə həyata keçirilir. Buna baxmayaraq xüsusi ventilyator və hava borusu olan ayrıca sistemlərdən istifadə etmək daha effektiv hesab olunur.Dinamik tüstü çıxarma növbəti əsas elementlərdən ibarətdir :
    Tüstü çıxarma ventilyatorları – iri, istiyə davamlı, güclü qurğular. Havanın minimal sərfi 20000 m3/saat. Tüstü çıxarma ventilyatorları çox yüksək temperaturda işləməyə qadirdirlər.
    Ventilyator tüstünü, yanğın yerindən yanğın məhsullarını çıxarır. Bəzi ventilyator modelləri eyni anda iki funksiyanı yerinə yetirirlər : təmiz havanın verilməsi və tüstünün çıxarılması. Tüstü çıxarma ventilyatorları binanın damında quraşdırılırlar.Havanın sıxılması ventilyatorları pilləkən qəfəslərində və lift şaxtalarında onların tüstülənməsinin qarşısını alaraq lazımi təzyiqi yaradırlar.
    Yanğın əleyhinə klapanlar sistemin ən önəmli elementlərdən biridir. Dörd tip yanğın əleyhinə klapan var:
    1. saxlayan klapanlar ( normal açıq klapanlar ) havalandırma, kondisioner, isitmə və ümumi mübadilə havalandırma sisteminin hava borularında quraşdırılır. Normal şərtlərdə klapanlar tamamilə açıqdır, yanğın yaranması zamanı isə klapanlar bağlanır və yanğın elementlərinin məntəqənin digər zonalarına daxil olmasının qarşısını alırlar.
    2. Tüstü əleyhinə havalandırma sisteminin tərkibindəki tüstü klapanları tüstünün qəbul olunmasını təmin edir və onu tüstü şaxtalarına göndərir.
    3.Normal bağlı yanğın əleyhinə klapanlar yanğın əleyhinə axıcı havalandırma sistemində quraşdırılır. Klapanlar həmişə bağlı vəziyyətdə olurlar və yalnız yanğın baş verməsi zamanı tüstünü çıxarmaq üçün açılırlar. Əgər məntəqə təz və ya qaz yanğın söndürmə sistemi ilə təchiz olunubsa, o zaman klapanlar zərərli qaz və buxarın çıxarılması üçün açılacaqdır.
    4. İkiqat təsirli klapanlar əsas havalandırma sistemində quraşdırılır. Yanğın zamanı o yanğın saxlayan klapan rolunu oynayır, yanğının dayandırılmasından sonra isə qaz və ya toz yanğın söndürmə sistemi ilə təchiz olunmuş məntəqələrdə qazın və tüstünün məntəqədən çıxarılması üçün açılır.Tüstü çıxarma lyukları binaların damında quraşdırılır və yanğın baş verməsi zamanı avtomatik olaraq açılırlar. Bu cür lyuklar əvəzinə normal şərtlərdə işıqlandırma və havalandırma funksiyasını yerinə yetirən zenit fonalrlarından da istifadə etmək olar.
    Tüstü çıxarmaq üçün havalandırma kanalları ( şaxtalar ) – iri ölçülü, qara poladdan hazırlanmış hava boruları. Materialın qalınlığı 1,2mm –dən az olmamalıdır – bu hava borularının yüksək temperatura davamlılığını artırır. Avtomatik komplekslərdə yanğın yaranması zamanı işə düşən, ventilyatorların və yanğın əleyhinə klapanların işə düşməsi üçün siqnal verən qəbuledicilər yerləşdirilir.
    Tüstü çıxarma sisteminin iş prinsipi.
    Tüstü çıxarma sisteminin iş siklini mərhələli şəkildə nəzərdə keçirək :
    1.Məntəqədə yanğın mənbəyi yaranıb – tüstü qəbuledicisi işə düşür.
    2.Qəbuledicidən gələn siqnal dispetçer stansiyasına gəlir.
    3.Ümumi mübadilə havalandırma sistemi avtomatik olaraq sönür və bütün yanğın dayandıran klapanlar bağlanır.
    4.Yanğın baş verən zonada tüstü çıxarma sistemində tüstünün çıxarılması üçün klapan açılır.
    5.Eyni anda tüstü çıxarma və havanın sıxılması ventilyatoru işə düşür.

    Tüstü çıxarma sistemi bir yanğın ocağından tüstü çıxarılması üçün nəzərdə tutulub. Yəni bütün tüstü sistemin bir qəfəsindən (şərti olaraq bir, belə ki hər bir zonaya bir neçə qəfəs də düşə bilər ) çıxarılır. Məntəqənin qalan mərtəbələrində və zonalarında yanğın əleyhinə klapanlar bağlı olacaqdır.

    Yanğın əleyhinə havalandırma sisteminin hesablanması. Tüstü əleyhinə sistemin layihələndirilməsi.
    Tüstü çıxarma sistemlərinin layihələndirilməsi və servis xidmətinə tələblər kifayət qədər yüksəkdir, buna görə də bu işi layihəçi mühəndislər yerinə yetirməlidirlər. Şirkətin mütəxəssisləri tüstü çıxarmanın hesabatını aparacaq, iş layihəsi hazırlayacaq, quraşdırılmanı həyata keçirəcək, həmçinin sistemi sınaqdan keçirəcəklər.Tüstü çıxarma sxeminin hazırlanması və hesablanmasında məntəqənin növbəti parametrləri nəzərə alınır :
    Binanın tikinti materialı;
    Tikintinin mərtəbə sayı;
    qəza təxliyəsi planı;
    fəaliyyət göstərən havalandırma sisteminin vəziyyəti;
    məntəqənin tüstü keçiriciliyi;
    binadakı pəncərələrin yerləşməsi və sayı;
    izolyasiyanın vəziyyəti və materialı;
    daxili örtücü və fasadın növü.
    Yanğın zamanı tüstünün miqdarı və yayılmasına təsir edə biləcək bütün faktorlar hesaba alınır.Tüstü çıxarma layihəsi yanğın əleyhinə havalandırma sisteminə minimal tələblərin aydın əks olunduğu tikinti normaları və qaydaları əsasında təşkil olunur. Layihələndirmənin qaydasını əks etdirən əsas sənəd 2008-ci ildən “Binaların tüstü əleyhinə sisteminin parametrlərinin əsas hesablama təyinatlarıdır”. Normativ sənədlər tüstü çıxarma sisteminin imkanlarını təyin edirlər :
    məntəqədə maksimum insan sayı;
    xidmət göstərilən binanın sahəsi.
    Tüstü əleyhinə sistemin layihələndirilmə nüansları
    Tüstü çıxarma sisteminin layihəsinin hazırlanması və quraşdırılması zamanı mütəxəssislər bəzi vacib nüansları diqqətə almağı tövsiyə edirlər :
    tüstü ötürən konstruksiyaların vahidliyi;
    ümumi havalandırma sxemində yanğına davamlı arakəsmələrin yerləşdirilməsi;
    tüstü çıxarma sisteminin “soyu tüstü” ilə test edilməsi imkanı;
    hava borularının keçdiyi yerlərdə yanğından qoruyana klapanlar yerləşdirmək mütləqdir;
    fərqli regionlarda seysmik gücü nəzərə almaq lazımdır.
    Hava borularına əsaslı təsiri yanğına davamlı arakəsmələrin yerləşməsi təsir edir. Bu cür arakəsmələrin yerinin dəyişdirilməsi özündən sonra havalandırma sisteminin yenidən qurulmasını tələb edə bilər. Bu hər məntəqədə ayrıca axıcı qurğu yerləşdirildiyi zaman xüsusilə aktualdır.
    Tüstü əleyhinə sistemin quraşdırılması
    Quraşdırılmanın başlanğıc mərhələsi – işlənmiş plana əsasən hava borularının məntəqədə yerləşdirilməsidir. Bundan sonra ventilyatorların quraşdırılmasına başlayırlar. Oxlu, radial və ya damda yerləşdirilən ventilyatorlardan istifadə oluna bilər.
    Tüstü çıxarma sisteminin quraşdırılmasının ən önəmli mərhələsi –şaxtaların kompleksi yanğından qoruyan xüsusi örtüklə işlənməsidir. Hava borularındakı lazımı yanğına davamlılıq əldə edildikdən sonra, yanğın əleyhinə klapanların quraşdırılmasını həyata keçirirlər – onları tavanın altından keçən şaxtalarda yerləşdirirlər.
    Hava borularının möhkəmləndirilməsi və şaxtaların yerləşdirilməsi iş sənədləşmənin tələblərinə ciddi şəkildə əməl olunaraq yerinə yetirilir.Yekun mərhələ - avtomatikanın işə salınması və tüstü çıxarma sisteminin test olunmasıdır.
    Sistemin yoxlanılması zamanı mütləq klapanların işini avtomatik və əl rejimində yoxlamaq, faktiki hava sərfi hesablamasını yerinə yetirmək ( hər zona üçün ayrılıqda ) ventilyatorun fırlanma tezliyini yoxlamaq mütləqdir.Bu işlərin həyata keçirilməsi zamanı ventilyatora istirahət vermək lazımdır – hər 30 dəqiqədə q saat az olmayaraq.
    Sıxma ventilyatorların işinin yoxlanılması zamanı növbəti parametrlərə diqqət etmək lazımdır :
    ventilyatorun qollarının istiqaməti;
    yanğın saxlayan ventilyatorların işi ( əl və avtomatik idarəetmə );
    ventilyatorda təzyiqin ölçülməsi;
    real təzyiqgöstəricilərinin ventilyatorun aerodinamik göstəriciləri ilə müqayisəsi .
    Difnometr ölçmə cihazının köməyi ilə liftlərin şaxtalarında, pilləkən qəfəslərində artıq təzyiqi təyin etmək lazımdır.
    Çöl və məntəqə arasında təzyiq fərqi 20 Pa –dan aşağı olmamalıdır ki, bu da ventilyatorun qoyulmuş normalara uyğun olmasını və tüstü çıxaran sistemin düzgün hesablanması deməkdir.
    Yanğın əleyhinə havalandırma sisteminin servis xidməti ( tüstü əleyhinə sistem )
    Hər bir tüstü çıxarma sistemi üçün texniki servis xidməti aparılması qrafiki işlənib hazırlanır. Planlı servis haqqında təlimatı istehsalçı şirkət və sistemin quraşdırıcısı təqdim edir. Vaxtında göstərilmiş texniki xidmət yanğın əleyhinə sistemin ən məsuliyyətli andan sıradan çıxması ehtimalını aradan qaldırır. Sistemin yoxlaması zamanı vaxtında sıradan çıxmaları qeydə almaq və onları aradan qaldırmaq, kompleksin bəzi elementlərini daha müasir qurğularla əvəzləmək olar. Tüstü əleyhinə sistemin texniki xidmətini aylıq və rüblük həyata keçirirlər. Ayda bir dəfə bu işlər görülür :
    siqnalizasiyanın texniki vəziyyəti və iş qabiliyyəti yoxlaması;
    qurğuların texniki diaqnostikası;
    möhkəmlənmələrin yoxlanması və klapanların və avadanlığın xarici qiymətləndirilməsi;
    uyğunsuzluqların aradan qaldıırlması.
    Yanğın əleyhinə havalandırma sisteminin servis xidməti ( tüstü əleyhinə sistem )
    Hər bir tüstü çıxarma sistemi üçün texniki servis xidməti aparılması qrafiki işlənib hazırlanır. Planlı servis haqqında təlimatı istehsalçı şirkət və sistemin quraşdırıcısı təqdim edir. Vaxtında göstərilmiş texniki xidmət yanğın əleyhinə sistemin ən məsuliyyətli andan sıradan çıxması ehtimalını aradan qaldırır. Sistemin yoxlaması zamanı vaxtında sıradan çıxmaları qeydə almaq və onları aradan qaldırmaq, kompleksin bəzi elementlərini daha müasir qurğularla əvəzləmək olar. Tüstü əleyhinə sistemin texniki xidmətini aylıq və rüblük həyata keçirirlər. Ayda bir dəfə bu işlər görülür :
    siqnalizasiyanın texniki vəziyyəti və iş qabiliyyəti yoxlaması;
    qurğuların texniki diaqnostikası;
    möhkəmlənmələrin yoxlanması və klapanların və avadanlığın xarici qiymətləndirilməsi;
    uyğunsuzluqların aradan qaldıırlması.
    Rüblük yoxlama növbəti tədbirlərdən ibarətdir :
    aylıq yoxlamalara görə kompleks işlərin görülməsi;
    avadanlığın yoxlanması və təmizlənməsi;
    avadanlığın texniki diaqnostikası;
    sistemin ehtiyat elektrik enerjisi mənbəyindən iş qabiliyyətinin yoxlanılması;
    mümkün gizli imtinaları təyin etmək üçün kabelxətlərinin yoxlanılması;
    sıradan çıxmaların aradan qaldırılması.
    Hər bir yoxlamanın nəticələri təyin olunmuş formada jurnalda qeyd olunmalıdır.
    Əminliklə demək olar ki, tüstü çıxarma sistemi yanğın zamanı insanların təhlükəsizliyini təmin etmək üçün həyati vacib sistemdir. Sistemin işlənməsi və komplektləşdirilməsi layihələndirmə mərhələsində təyin olunur, avadanlıq sertifikatlaşdırılmış olmalıdır, idarəetmə və texniki xidmət isə - RF tərəfindən təyin olunmuş normalara uyğun olmalıdır.
    Konstroy şirkəti uzun illərdir ki, uğurla tüstü və yanğın əleyhinə bütün növ havalandırma sistemlərinin layihələndirilməsi və texniki xidməti ilə məşğuldur. Bizim ventilyasiya texniki xidməti üzrə mütəxəssislərimiz həmişə sizə yardım etməyə şad olarlar. Tüstü əleyhinə sistemlərin texniki xidməti haqqında sizi maraqlandıran bütün suallarınızı bizim forumda verin. Tüstü əleyhinə sistemlərin texniki servisi sifarişi ilə əlaqəli telefonla menecerlərlə əlaqə saxlayın. Həmçinin növbəti məqalələrlə tanış olmağı tövsiyə edirik :
    Havalandırma sisteminin texniki servisi
    Havalandırma və kondisioner sistemlərinin sıradan çıxma səbəbləri
    Havalandırma və kondisioner sistemlərinin texniki servisi
    Havalandırma və kondisioner sistemləri

Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir... Ətraflı

Telefon nömrəsi:

(+99412) 464 83 70

Mobil nömrə:

(+99451) 788 88 33

Ünvan:

AZ1075, Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI plaza

Email:

office@polycond.az