Loading
TIVI plaza – Əhməd Rəcəbli küç.1, Bakı, Azərbaycan
(+99412) 464 83 70 (+99451) 788 88 33
ÇİLLERLƏR

      
Soyuducu qurğunun xidməti və servisi

- soyuğun istehsalı üçün nəzərdə tutulmuş soyuducu maşınların, aqreqatları və tikililərin kompleksi. Soyuducu qurğunun servisi üçün maşınqayırma, konstruksiya və termodinamika silsilələrin proseslərini anlamaq lazımdır; amma soyuducu qurğunu təmir etmək üçün isə onun layihələndirmə metodikasını anlamaq lazımdır. Soyuducu qurğu üzrə mütəxəssisə əsasən hansı tip soyuducu qurğuları təmir etdiyini və istehsalçını tanımaq vacib deyil. Bu qurğuların Rusiya, Yaponiya, Alman və ya Çin istehsalı olması rol oynamır, əsas olan təmir üçün bütün ehtiyat hissələrinin əldə olmasıdır. Çox zaman konstruksiya və layihələndirmə anlayışlarını səhv salırlar.


    Soyuducu qurğunun konstruksiyası istənilən cür ola bilər, amma soyuducu qurğunun quraşdırılma prinsipi dəyişməz qalır. Belə ki, salnik vintlərinin bir rotorlu və spiral kompressorlarının sovurucu və təzyiq göstərici borucuqları var, boru kəmərləri kollektorda birləşir, soyuducu maşını çərçivəyə və ya təməl üzərinə yerləşdirmək lazımdır.
    İstehsalçılar hər zaman kataloqlarında seriya üzrə kommersiya və sənaye soyuducu qurğularını xüsusiləşdirirlər. Təbii ki, kommersiya məqsədilə istehsal edilmiş soyuducu qurğu, hətta böyük bi-blok və ya mərkəzi germetik kompressorlardan ibarət olsa belə sənaye soyuducu qurğusu hesab edilə bilməz. Sənaye soyuducu qurğuları adətən porşen və ya vint kompressor aqreqatlarından, sənaye və ya industiral istilik mübadiləsi seriyalarından ibarət olur. Burada əsasən polad boru istifadə edilir. Soyuducu qurğunun tip deyil, güc üzrə seçilməsi doğru deyil, belə ki, sənaye soyuducu qurğularından güclü kommersiya qurğuları mövcuddur.

    Soyuducu qurğuları istifadə edilən soyuducu agent növü üzrə qruplara bölünür.

    Ammiyak soyuducu qurğular
    Bura sənaye seqmentinə aid qurğular aiddir və istilik mübadiləçisi qurğuları, armatur və polad borular aiddir. Bu parametrlər ən böyük sənaye soyuducu qurğularına xas olan parametrlərdir.
    Karbonat soyuducu qurğular bəzi freon növlərinin qadağan edilməsi və ammiak soyuducu qurğuların yaradımasında administrativ maneələrin yaradılması nəticəsində meydana gəlib. Onlar yüksək təzyiqə, elektrik enerjisinin kəsildiyi zaman qəza təhlükəsi və administrativ qadağalarla əlaqədar problemlərə görə, geniş tətbiq edilmir. Karbonat qurğularında – yuxarı kaskadda ammiakdanistifadə edilirsə, bütün ammiak qurğularında yaranan problemlər üzə çıxır. Bununla əlaqədar tam ammiak soyuducu qurğular istifadə etmək daha sərfəlidir.
    Karbohidrogen soyuducu qurğular (R50 metan, R290 propan, R600 butan, R600 izabutan, R1150 etilen, R1270 propilen). Sənaye soyuducu qurğularına xas deyil, R12 qadağan edildiyi üçün ev soyuducularında istifadə edilir, belə ki, freon R134a, bahadır, bununla yanaşı R134a-nnı agenti də qadağan edilə bilər.
    Freon soyuducu qurğular daha çox yayılıb. Onlar üçün həm kommersiya, həm də sənaye seriyaları hazırlanır. Freonlu sənaye soyuducu qurğularının inzibati qadağaları üzündən onların sayı getdikcə artır. Kommersiya soyuducu qurğuları sırf freon istifadə edir.
    Bütün bu soyuducu maşınlar və qurğuların rəngarəngliyini bizim mütəxəssislər təhlil edir, və biz sisə istənilən, hətta ən böyük və mürəkkəb soyuducu qurğunun servisi üzrə yardım etməyə hazırıq.
    Soyuducu qurğunun servisi üzrə suallarınız varsa - saytımızın forumunun müvafiq bölümündə bu sualları mütəxəssislərimizə verə bilərsiniz.

Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir... Ətraflı

Telefon nömrəsi:

(+99412) 464 83 70

Mobil nömrə:

(+99451) 788 88 33

Ünvan:

AZ1075, Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI plaza

Email:

office@polycond.az