Loading
TIVI plaza – Əhməd Rəcəbli küç.1, Bakı, Azərbaycan
(+99412) 464 83 70 (+99451) 788 88 33
HAVALANDIRMA

Havalandirma və soyutma sistemlərinin servisi

Havalandırma sistemlərinin servisi- bir qayda olaraq vaxtaşırı həyata keçirilən kompleks şəklində servis işləridir. Havalandırma sisteminin servisinin periodik və daimiliyi onun işləmə dövründəki stabil işini təmin edir. Ventilyasiyasiyanın texniki servisi və təmiri ixtisaslaşmış, yaxşı olar ki, onu quraşdıran mütəxəssislər tərəfindən həyata keçirilsin və ventilyasiyanın layihələndirilməsi zamanı hazırlanan texniki sənədləşmədəki bütün istifadə tələblərinə cavab verilsin.

Ventilyasiyasiyanın və kondisionerin texniki servisi ventilyasiya avadanlığının profilaktik tədbirlərərinə uyğun olaraq cari nasazlıqların ilkin mərhələlərdə təyin olunmasıdır. Havalandırma sistemlərinin texniki servisinin həyata keçirilməsi ilə əlaqəli tələblər istehsalçı şirkət tərəfindən ətraflı şəkildə havalandırma sisteminin quraşdırılmasını həyata keçirəcək montajçıya uyğun sənədlərdə təqdim olunur. Havalandırma sistemlərinin servisi özündə həmçinin hava borularının və tüstü xaric edən sistemlərinin kompleks yoxlanmasından əlavə havalandırma və kondisoner sisteminin önləyici servisini və havalandırma və kondisioner sisteminin təmirini, istifadə müddəti ərzində meydana gələn və materialların sıradan çıxması ilə əlaqədar olan nasazlıqları, əsasən ventilyatorların və hava borularının divarlarıınınyırtılmaları və eləcə də, onların elemntlərininmöhkəmləndirilməsini özündə cəmləşdirir. Havalandırma sisteminin servisində bütün lazımı tədbirlərin həyata keçirilməsində məqsəd istehsalçı tərəfindən layihələndirmə mərhələsində qoyulmuş səviyyəni qoruyub saxlamaq, havalandırma sisteminin effektiv işini bütün istifadə müddəti ərzində təmin etməkdən ibarətdir.

    Havalandırma sistemlərinin təmizlənməsi və dezinfeksiyası
    Bizim şirkətimiz istənilən havalandırma sistemlərinin, o cümlədən, istər sənaye, istərsə məişət və kommersiya təyinatlı hava borularının professional təmizlənməsini və dezinfeksiyasını həyata keçirir. Biz sizin havalandırma sisteminizi ən qısa müddətdə tozdan, yağdan, çətin və qarışıq çirklənmələrdən təmizləyərik. Havalandırma dezinfeksiyasını həyata keçirir. Biz sizin havalandırma sisteminizi ən qısa müddətdə tozdan, yağdan, çətin və qarışıq çirklənmələrdən təmizləyərik. Havalandırma sistemlərin in təmizlənməsi və dezinfeksiyası xidməti havalandırma sisteminin servis paketinə daxildir.
    Havalandırma sisteminin təmiri
    Təmirə ehtiyac əsasən havalandırma sistemindən istifadəşi tərəfindən düzgün olmayan və ya diqqətsiz istifadə zamanı meydana gəlir. Havalandırma sistemini qoşandan bir müddət sonra onu vaxtaşırı yoxlamaq, bütün havalandırma sisteminin texniki vəziyyətini nəzarətdə saxlamaq, ehtiyac hasil olarsa profilaktik təmir işlərini yerinə yetirmək lazımdır. Eləcə də havalandırma sistemində ciddi nasazlıq qeydə alınan zaman dərhal servis mərkəzinə müraciət etmək lazımdır. Unutmayın ki, siz mütəxəssislərə nə qədər tez müraciət etsəniz, havalandırma sisteminin təmirinə o qədər az xərc və zaman lazım olacaq.
    Havalandırma sisteminin təmirə ehtiyacı olmasını göstərən xarakterik göstəricilər
    1.Havalandırma sisteminin işləməsi zamanı səsin səviyyəsinin artması müşahidə olunur. Havalandırma sistemindəki səsi, bu səs istər sistem quraşdırıldıqdan dərhal sonra gəlsin, istər onun uzun müddət istifadəsindən sonra, istənilən vəziyyətdə həyəcan siqnalı kimi qəbul etmək lazımdır. Səs əsasən havalandırma sisteminin komponentlərindən birinin düzgün yerləşdirilmədiyi və yaxşı möhkəmləndirilmədiyi haqqında xəbərdarlıq verir. Havalandırma sisteminin vaxtından əvvəl sökülməsinin və bahalı təmirin qarşısını almaq üçün havalandırma sistemindəki səsin səbəbini təyin etmək lazımdır.
    2.Normadan artıq titrəmə də bizə havalandırma sisteminin ən yaxın zamanda sıradan Çıxa biləcəyini göstərir. Havalandırmasistemindəki titrəmənin səviyyəsi artdığı zaman havalandırma sistemi ixtisaslaşmış mütəxəssislər tərəfindən hərtərəfli analiz olunmalıdır.
    3.Havalandırma sisteminin hava borularının yerləşdirildiyi məntəqələrdən kənar qoxu və kif iyi gəlməyə başlayır. İlk növbədə bu cür halların yaranması havalandırma sistemindəki hava borularındakı təzyiqin pozulması ilə əlaqədardır. Hava borularındakı xəsarətləri aşkar etmək üçün uyğun mütəxəssis dəvət etmək vacibdir.

    Havalandırma sisteminin təmir səviyyəsi ilk növbədə görüləcək işin həcmi və onun yerinə yetirilməsi müddəti, eləcə də, hansı nasazlıqları aradan qaldırmaq lazımdır və onların mürəkkəbliyi dərəcəsi ilə xarakterizə olunur. Dərəcələrə görə havalanadırma sistemi təmirini 3 qrupa bölmək olar : cari, orta və tam təmir.
    Cari təmirin yerinə yetirilməsi üçün, əksər hallarda, havalandırma sisteminin sökülməsi tələb olunmur, adətən təmir və ya dəyişmə tələb olunan havalandırma sisteminin ayrıca elementlərinin sökülməsi kifayət edir. Cari təmir, adətən xırda nasazlıqları və çatışmazlıqları aradan qaldırmaq üçün yerinə yetirilir. Təmir işlərinin keçirilməsiüçün havalandırma sisteminin bütünlüklə sökülməsi lazım ola bilər.Havalandırma sistemindəki nasazlıqların xarakterindən və qəlizliyindən asılı olaraq mütəxəssislər işlərin yerindəcə və ya emalatxanada aparılması haqqında qərar verirlər. Bəzifərdi hallarda hətta qovşaqların və aqreqatların istehsal olunduğu zavoda göndərilməsi də tələb oluna bilər. Havalandırma sisteminin tam təmiri isə, bütün sistem bütünlüklə sıradan Çıxdığı zaman vacibdir. Tam təmir zamanı bütün havalandırma sistemi sökülür və xidmət göstərilən emalatxanaya göndərilir, burada isə onun tam diaqnostikası və sıradan Çıxmış aqreqatların dəyişdirilməsi prosesi həyata keçirilir.
    Havalandırma sisteminin servisi və təmiri bir sira tədbirlər qrupundan ibarət olur, onların köməyi ilə, bir qayda olaraq havalandırma sisteminin istifadə müddəti uzanır, bəzi hallarda isə, onun məhsuldarlığını da artırmaq olur. Havalandırma sisteminin servisi və təmiri ilə məşğul olan mütəxəssislər ən qısa zaman ərzində diaqnostika keçirir və nasazlıqları təyin edirlər ki, bu da havalandırma sistemini işlək vəziyyətdə saxlamağa imkan verir.
    Əgər siz havalandırma sisteminizin təmirə ehtiyacı olduğunuzu görərsinizsə, bu zaman mütəxəssislərə müraciət etməyi, xüsusən də söhbət insanların işlədiyi sənaye məntəqələrindən gedirsə yubatmaq olmaz. Dərhal texniki servis xidməti mütəxəssislərinə və ya havalandırma sistemini quraşdıran şirkətə müraciət edin. Mütəxəssislərə vaxtında müraciət, sizə yaxın gələcəkdə artıq xərclərdən qurtulmağa imkan verəcək.
    Havalandırma sistemlərinin servisi ilə əlaqəli suallarınız varsa, biz onlara məmnuniyyətlə bizim forumda cavab verərik. Havalandırma sistemi suallarının müzakirəsi Havalandırma və kondisonerləşdirmə sistemlərinin servis qiymətləri haqqında məlumatı menecerimizdən ala bilərsiniz.


Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir... Ətraflı

Telefon nömrəsi:

(+99412) 464 83 70

Mobil nömrə:

(+99451) 788 88 33

Ünvan:

AZ1075, Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI plaza

Email:

office@polycond.az