Loading
TIVI plaza – Əhməd Rəcəbli küç.1, Bakı, Azərbaycan
(+99412) 464 83 70 (+99451) 788 88 33
HAVALANDIRMA

Mağazanın havalandırılma sistemi

Hal hazırda yeni tikililərdə və ya köhnə məntəqələrin yenidənqurma işlərində elektrik enerjisinə qənaət məsələsinə xüsusi diqqət ayrılır, bununla əlaqədar istinin itirilməsinin qarşısını alan germetik materiallardan istifadə olunur. Enerji itkisi ilə bağlı problemi həll etdikdən sonra, məntəqəyəlazımı miqdarda daxil ola bilməyən təmiz hava Çatışmazlığı ilə əlaqəli problem yaranır. Bu problem ticarət məntəqələri də daxil olmaqla bütün tip binalar üçün aktualdır, belə ki, hər yerdə istifadə edilən plastik qapı və pəncərələr havanın təbii sirkulyasiyasının qarşısını alır, ziyarətçilərin daxil olması zamanı açılan qapılar isə küçə havasının lazımı həcmini təmin edə bilmir. Ticarət məntəqələrində təmiz hava axınını necə təmin etmək olar və bu nə dərəcədə mühümdür?


    Mağazanın təbii havalandırılması və onun qüsurları
    Havanın dövriyyəsi, yəni köhnə havanın yeni, oksigenlə zənginləşdirilmişi ilə dəyişməsi iki yolla, təbii havalandırma və ya süni, yəni mexaniki havalandırma yolu ilə həyata keçirilə bilər. Birinci üsulda hava dövriyyəsi küçədəki havanın fərqli açıq pəncərə və qapılardan məntəqəyə daxil olması il əbaş verir. Amma müasir tikinti materiallarından istifadə, boşluqları minimuma endirir, hava şəraiti isəqapı və pəncərələri hər zaman açıq saxlamağa imkan vermir. Belə ki, məsələn, isti günlərdə bu demək olar ki, mümkünsüz olur, isti və bürkülü hava ticarət zalına daxil olur ki, bu da həm işçi personalda, həm də mağazanın müştərilərində diskomfort yaradır və hətta işlək kondisioner belə vəziyyəti xilas edə bilmir. Soyuq günlərdə açıq pəncərələr külək effekti yaradır, məntəqədə temperaturun aşağı enməsi və nəticədə personalın soyuqdəymə xəstəliklərinə tutulması ilə nəticələnir. Beləliklə, aydındır ki, təbii havalandırma sistemləri həmişə lazımi hava dövriyyəsini təmin edə bilmir, bu səbəbdən, süni sistemlərə müraciət etmək lazım gəlir.

    Süni havalandırma sistemi və onun üstünlükləri
    Təmiz hava axınını təmin etmək üçün havalandırma sistemlərinin ən məşhur növləri axıcı və axıcı-sovurucu növləridir. Adı çəkilən avadanlıq çöldəki havadan hasar və onun məntəqəyə ötürülməsini həyata keçirir, bununla belə axıcı sistemlər yalnız təmiz hava axınını, axıcı-sovurucu sistemlər isə həm də köhnə və rütübətli havanın uzaqlaşdırılması prosesini həyata keçirir. Ticarət məntəqələrində məhsul məntəqədə xoşa gəlməyən qoxu ( məsələn balıq və ət şöbələrində ) və ya yüksək rütubətlilik (gül butiklərində) yaradırsa axıcı-sovurucu sistemlərin quraşdırılması vacibdir. Bununla yanası olaraq, ayrıca həm sovurucu avadanlıq, həm də axıcı avadanlıq quraşdırmaq olar, amma bu funksiyaların bir avadanlıqda cəmləşməsi montajda, sistemin servisində və elektrik enerjisində qənaət etməyə icazə verir. Axıcı havalandırma sistemləri ticarət, anbar və ofis məntəqələrinə təmiz hava axınını təmin etmək üçün ideal həll yoludur. Onların tərkibi çöldən gələn havanın məcburi hasarını təşkil edən ventilyatordan , daxil olan havanın təmizlənməsi üçün filtrdən və avtomatika sistemindən ibarətdir.

    Bəzi modellərin tərkibində havanı məntəqədəki hava temperaturuna qədər isidən və ya soyudan kalorifer də mövcud olur. Bütün müasir axıcı havalandırma sistemləri səs boğucu materiallarla işlənmişdir ki, bu da sistemin tamamilə səssiz işləməsini təmin edir. Havalandırma üçün axıcı avadanlıqlar gücünə və ölçüsünə görə fərqlənirlər, belə ki, məsələn, kiçik butik və ya ayrıca kiçik ərazisi olan mağaza üçün saatda 200-dən 3000 kub metrədək məhsuldarlığı olan mini axıcısistemdən istifadə kifayət edir. Böyük ölçülü ticarət kompleksləri, super və hipermarketlər üçün məhsuldarlığı 3000 kub metrdən yüksək olan mərkəzi axıcı avadanlıqlar quraşdırmaq vacibdir. Axıcı havalandırma sisteminin üstünlüyü ilin istənilən vaxtı məntəqənin istiliyi itirmədən və külək havalandırma imkanından ibarətdir. Bundan başqa, süni havalandırma sistemləri təmizlənmiş hava axınının, çöldəki havanı tozdan, mikroblardan təmizləyərək hava axınını təmin edir. Havalandırma üçün olan qurğuların bir çox modelləri ötürülən havanı təkcə təmizləmək və isitmək yox, həm də onun nəmləndirilməsini və qurudulmasını da təmin edir. Bu funksiya çox faydalıdır, çünki yayda və qışda hava adətən daha quru payızda isə yağışlar zamanı həddindən artıq rütubətli olur ki,bu da diskomfort yaradı. Ticarət zalının havalandırılması üçün axıcı və axıcı-sovurucu qurğulardan başqa, ventilyatorlar, istilik ventilyatorları, həmçinin kondisionerlərin bəzi növləri, məsələn sütun tipli kondisionerlərdən istifadə olunur.

    Ventilyatorlar çöldəki havanı onun öncədən təmizlənməsini aparmadan axınını və paylanmasını təmin edir və daha zəifdirlər. İstilik ventilyatorları ( elektrik və ya su ) havanın daxilə toplanmasını, isidilməsini və paylanmasını həyata keçirirlər.

    Bu cür qurğular payız-yaz dönəmində daha effektivdirlər, qızdırıcını yandırmaq tezdir (və ya artıq gecdir) , küçədə isə artıq sərindir. İstilik ventilyatorları nəinki havalandırma problemini, həm də isitmə problemini də həll edirlər.


    Havalandırma sistemi nə üçün vacibdir?
    Axıcı və axıcı-sovurucu qurğular, ventilyatorlar – bütün bu avadanlıqlar az pul tələb etmir. Buna görə də sual meydana gəlir ki, onlar nə dərəcədə vacibdirlər və onların quraşdırılmasına pul ayırmasına dəyərmi? Cavab birmənalıdır – bəli . Havalandırma sistemləri oksigenlə zənginləşdirilmiş, təmiz havanın çatdırılmasını ticarət zalında komfort və əlverişli mikroiqlim yaradaraq həyata keçirir. Təmiz, oksigenlə zənginləşdirilmiş hava həm əməkdaşların, həm də alıcıların sağlamlığını yaxşılaşdırır və əhval ruhiyyəsini yüksəldir. Bununla yanaşı məlumdur ki, oksigen baş beynin işinə müsbət təsir göstərir , işçi personalının iş qabiliyyətini və onun işini stimullaşdırır. Oksigen enerji ilə təmin edir, enerji ilə dolu əməkdaşlar daha nəzakətlə və keyfiyyətlə ziyarətçilərə xidmət edəcəklər. Məlum olduğu kimi satışların sayı xidmət göstərən personalın iş keyfiyyətindən asılıdır. Təmiz havanın daha bir müsbət xüsusiyyəti alıcıların almağa meyilliliyidir. Məsələ burasındadır ki, xoş mikroiqlim, təmiz hava alıcıların yaxşı əhval ruhiyyəsinə xoş təsir göstərir, ticarət zalının sıraları arasında daha çox gəzmək istəyi yaradır, müştəri mağazada nə qədər çox vaxt keçirərsə, onun alış-veriş etmə ehtimalı daha yüksəkdir. Ola bilsin ki, bəzi skeptiklər deyəcəklər ki, mağazada və ticarət mərkəzlərində qapıların tez-tez açılması səbəbi ilə yetəri qədər təmiz hava daxil olur. Buna baxmayaraq, iri super və hipermarketlərdə hava sirkulyasiyası giriş qapısından zalın sonlarına qədər çox ləng və yetəri qədər effektiv olmadan gedir. Hər bir insan tənəffüs zamanı böyük həcmdə karbon qazı ifraz edir, hələ təbii buxarlanmaları nəzərə almasaq. Bundan başqa ərzaq mağazalarında soyuducu cihazlar istilik və hətta rütubət ifraz edir ki, bu da havanı daha da ağırlaşdırır. Yekunda qeyd edə bilərik ki, ticarət zalı məntəqəsində axıcı və havalandırma sistemi sadəcə olaraq vacibdir. Bununla yanaşı o sadəcə xoş mikroiqlim yaratmır, həm də satışların artmasında stimul verici faktor rolunu oynayır. Əgər belədirsə, o zaman ona xərclənən bütün pullar öz haqqını tapır.

Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir... Ətraflı

Telefon nömrəsi:

(+99412) 464 83 70

Mobil nömrə:

(+99451) 788 88 33

Ünvan:

AZ1075, Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI plaza

Email:

office@polycond.az