Loading
TIVI plaza – Əhməd Rəcəbli küç.1, Bakı, Azərbaycan
(+99412) 464 83 70 (+99451) 788 88 33
KONDİSİONERLƏR
Split-sistemlərin təmiri və xidməti

Kondisionerin xidmətinə, split-sistemlərin xidmətinə daxildir:
- Split-sistemin xarici baxışı
- Kondisionerin özünü diaqnostika sisteminin istifadəsi ilə iş parametrlərinin yoxlanması.
- Split-sistemin daxili bloklarının filtrlərinin vəziyyətinin yoxlanması və təmizlənməsi.
- Kondisionerin xarici blokunun istilik mübadiləçisinin təmizlənməsi.
- Split sistemin daxili blokunun istilik mübadiləçisinin təmizlənməsi.
- Kondisionerin hava axınının çıxış parametrlərinin yoxlanması.
- Kondisionerin drenaj sisteminin işini yoxlanması və təmizlənməsi.
- Split-sistemin soyutma konturunda işçi təzyiqlərin yoxlanması.
- Kondisionerin soyutma konturunun freon sızmasına görə yoxlanması.
- Lazım gəldiyi halda kondisionerin freon ilə doldurulması.
- Split-sistemin işçi cərəyanlarının yoxlanması.
- Kondisioner bloklarının bərkidilməsinin yoxlanması.

Kondisionerin, split-sistmlərin, VRF sistemlərin və soyutma sistemlərinin təmiri və xidmətin qiymətləri fərdidir və görülən işin həcmindən asılıdır.


    Kondisionerlərin servis xidməti nə üçün vacibdir?
    Kondisionerlərin servis xidməti onun vaxtından əvvəl sıradan çıxmasından qacınmaq, Split-sistemin əsas iş prinsiplərinin təminatı üçün vacibdir, bu iş Split-sistemin daxili filtrlərin təmizlənməsi və ya pultun batareyalarının dəyişdirilməsindən ibarət deyil.
    Bu mütəmadi olaraq kompleks şəklində həyata keçirilən, klimatik şirkətlərin əməkdaşlarından yüksək ixtisas hazırlığı və müəyyən təcrübə bacarığı tələb edən işdir. Bundan başqa bahalı diaqnostik aparatlardan istifadə, servis xidmətini yalnız ixtisaslaşmış şirkətlərin özəlliyinə çevirir.
    Kondisionerlərin texniki servisi ildə iki dəfə olmalıdır. Bu anlayışa nə daxildir? Mövsüm başlamazdan öncə, martın əvvəlində, eləcə də mövsüm başa çatdıqdan sonra avqust-sentyabrın sonunda kondisionerin detallı yoxlanılır, lazım olarsa təmir edilir.
    Kondisionerin, split-sistemin daxili bloku
    1.Split-sistemə baxış və kondisionerin istismarının düzgünlüyünün yoxlanması.
    2.Kondisionerin bütün rejimlərdə işinin yoxlanması.
    3.Split-sistemin daxili blokunun giriş və çıxış jalüzünün təmizlənməsi.
    4.Kondisionerin korpusunun və ön panelinin təmizlənməsi.
    5.Split-sistemin filtrlərinin təmizlənməsi.
    6.Kondisionerin rejimlərinin indikasiyası və yoxlanması.
    7.Kondisionerin drenaj sisteminin işlək olmasının yoxlanması.
    8.Split-sistemin daxili elektrik naqillərinin yoxlanması.
    Kondisionerin Split-sisteminin xarici bloku
    1.Split-sistemdə xladegentin olmasının yoxlanması.
    2.Kondisionerin kondensator blokunun avtomatının və elektrik qurğusunun işlək olmasının yoxlanması.
    3.Split-sistemin kondensator blokunun ventilyatorunun elektrik mühərrikinin işlək olmasının yoxlanması.
    4.Kondisionerin kompressorunun qəza vəziyyətində sönmə sisteminin işlək olmasının yoxlanması.
    5.Split-sistemin istilik mübadiləsi və xarici blokun digər qovşaqlarının təmizlənməsi.
    6.Kondisionerin kontaktlarının vəziyyətinin yoxlanması və elektrik ötürücü izolyasiyanın müqavimətinin yoxlanılması.

    Kondisionerin servis xidməti təmir və zəmanətdən nə ilə fərqlənir?
    Servis xidməti təmir və zəmanətdən prinsipial şəkildə fərqlənir. Xidmət işlək halda olan qurğunun istismar rejiminin təminatı üçün göstərilir. Bu qurğunu daimi istismar etməyə, onun ayrı-ayrı komponentlərinin və qovşaqlarının sıradan çıxma ehtimalını azaltmağa imkan verir. Kondisionerin sıradan çıxması yalnız təmir ilə deyil, eləcə də məkanın, mebelin, ofis və sənaye texnikasının korlanması ilə nəticələnə bilər. Məsələn, kondensatın küçəyə və ya kanalizasiyaya axıdılan drenaj sistemin tutulması baş verə bilər. Ucuz kondisionerlərin bir çoxuna suyun normadan artıq olduğu halda kondisionerin işə düşməsini əngəlləyən qəza datçiki quraşdırılmır.
    Split-sistemin səradan çıxamsı səbəbləri
    İstənilən kondisioner – bu mürəkkəb elektrohidroaqromexaniki aqreqatdır. Onun bütün qovşaqları və detalları ölçülər, güc, məhsuldarlıq üzrə seçilib və tarazlıq yaradılıb. Ziddiyyətli tələblər və şərtlər arasında çoxsaylı kompromisslər edilib. Amma zaman və toz amansızdır. Filtr və hava təmizləyiciləri dolur, ventilyatorlar tozla tutulur, vibrasiya elektrik birləşdiricisini laxladır, mikro çatlardan freon sızır, kondisioner köhnəlir və yağ çirklənir. Nəticədə sistemin məhsuldarlığı yavaş və gözə görünmədən azalır, yük isə artır. Kondisioner sazdır, amma funksiyalarını yerinə yetirmir. Siz pul ödəsəniz də arzu edilən komfortu əldə edə bilmirsiniz. Zamanla mübarizə apara bilmərik, amma çirk, toz, yüklənmələr ilə mübarizəyə hazırıq! Çinarın tozu istilik mübadiləçisini tutur. Yağış altında islanan belə qarışıq quruyur və nazik də olsa möhkəm qata dönür. Bu dəmir-betonun analoqudur. Bununla yanaşı o, metala qarşı gözəl adheziyaya malikdir. Bu istilik mübadiləçisinin üzərində mürəkkəb və nazik səth yaradır. İstilik mübadiləçisi isə lazımi havanı ala bilmədiyi üçün funksiyalarını yerinə yetirə bilmir. Bütün sistem yüksək təzyiq ilə işləyir, iş nöqtələri kütləvi şəkildə silkələnir və müvafiq sərhədlərdən çıxır. Müdafiə datçiki işə düşmədikdə isə kompressor sıradan çıxır.
    Yarpaq, ot qırıntıları, budaqlar, lələklər – külək və ya quşlar tərəfindən qaldırılır və çəkilən hava vasitəsilə istilikmübadiləçisinə yapışır. Ventilyator söndürüldükdə aşağı düşsələr də müdafiə barmaqlığının üzərində qala bilərlər. Əgər kondisioner daimi işləyirsə zamanla toz sementə çevrilir.
    Toz –demək olar ki, hər yerdə var və hər zaman ziyan gətirir. Toz dənəcikləri duz, daş, qətran, canlı orqanizmlərin qalıqlarıdır. Xarici bloklarda istilik mübadiləçisini sementləyir. Elektrik birləşmələrinə düşən toz soyutmanı pisləşdirir, korroziyaya və qısa qapanmaya səbəb olur, kontaktların müqavimətini artırır. Ventilyatorun pərlərinə qonan toz onun çəkisini artırır, statik və dinamik tarazlığını pozur. Bu isə vibrasiya və səsi artmasına, yükün çoxalması nəticəsində axının azalmasına səbəb olur. Bəzən isə xoşagəlməz qoxunun yaranmasına səbəb olur, bakteriyaların, göbələk və kifin yaranması üçün şərait mövcud olur. Bu isə xəstəlik və allergik reaksiyalara gətirib çıxara bilər.
    Tütün qoxusu, mətbəx qoxusu – bar, mətbəx, siqaret çəkmək üçün məkanlar, həmin şəxslərin iş otaqları üçün aktualdır. Tüstünün tərkibində olan yax və qətran toz və çirki birləşdirən əla vasitədir. Xoşagəlməz qoxuya malikdir, əsasən də mərkəzi kondisioner sistemində mövcud olur. Jalüz və şiber kimi hərəkətli hissələri tutur və yapışqanlıq yaradır. Naqillərin üzərinə düşərkən izolyasiyanı dağıdır və ya xassələrini dəyişir. Bir qayda olaraq belə çirkləri sağlamlıq və kondisionerin materialı üçün təhlükəli olmayan, xüsusi yuyucu vasitələr ilə təmizləmək olar.

Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir... Ətraflı

Telefon nömrəsi:

(+99412) 464 83 70

Mobil nömrə:

(+99451) 788 88 33

Ünvan:

AZ1075, Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI plaza

Email:

office@polycond.az