Loading
TIVI plaza – Əhməd Rəcəbli küç.1, Bakı, Azərbaycan
(+99412) 464 83 70 (+99451) 788 88 33
XİDMƏTLƏRİMİZ

Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir. Servis xidmətlərinin qiymətlərinə dair məlumatı siz elə indicə bizim menecer ilə əlaqə saxlayaraq öyrənə bilərsiniz.
Kondisionerlərin split-sistemlərinin servis xidmətləri nəyə lazımdır?
Servis xidmətləri kondisionerlərin vaxtından əvvəl sıradan çıxmasının qarşısını almaq və bu sistemlərin əsas iş parametrlərinin təminatı üçün labüddür. Belə ki, servis xidməti pultu batareyasının dəyişdirilməsindən və ya filtirlərin təmizlənməsindən ibarət deyil.
Servis xidmətləri kondisionerlərin vaxtından əvvəl sıradan çıxmasının qarşısını almaq və bu sistemlərin əsas iş parametrlərinin təminatı üçün labüddür. Belə ki, servis xidməti pultu batareyasının dəyişdirilməsindən və ya filtirlərin təmizlənməsindən ibarət deyil.
Bu, şirkətin əməkdaşlarından yüksək nəzəri hazırlıq və müəyyən praktiki bacarıqlar tələb edən mütəmadi həyata keçirilən işlərin kompleksidir. Bundan başqa istifadə edilən diaqnostika aparatlarının bahalı olması səbəbi ilə servis xidməti yalnız ciddi ixtisaslaşmış şirkətlərin görə biləcəyi bir işdir. Kondisionerlərin texniki servisi ildə iki dəfə həyata keçirilməlidir. Bu anlayışa nə daxildir? Mövsümün əvvəlində - martın sonunda və mövsümün sonunda avqust-sentyabrın axırında kondisioner detallı şəkildə yoxlanılır, lazım olduğu halda təmir edilir.

Kondisionerin daxili bloku
1.Avadanlığın nəzərdən keçirilməsi və düzgün istismar edildiyinin yoxlanması.
2.Kondisionerin işininbütün rejimlərdə yoxlanması.
3.Giriş və çıxış jalüzlarının yoxlanması.
4.Korpusun və ön panelin təmizlənməsi.
5.Filtrlərin təmizlənməsi.
6.Rejimlərin indikasiya sisteminin sazlığının yoxlanması.
7.Drenaj sisteminin sazlığının yoxlanılması.
8.Daxili elektirk naqillərinin yoxlanlması.
Kondisionerin split-sisteminin xarici bloku
1.Kondisioner sistemində xladagentin mövcudluğunun yoxlanılması.
2.Kondisionerin elektirk avadanlığının və kondensator blokunan avtomatikasnın sazlığının yoxlanması.
3.Kondisionerin kondensator blokunun elektrik mühərikinin sazlığının yoxlanlması.
4.Kondisionerin kompressorunun qəza sisteminin sazlığının yoxlanılması.
5.Kondisionerin istilik mübadiləçisinin borularının və digər qovşaqların təmizlənməsi.
6.Kontaktların vəziyyətinin və elektrik naqillərinin izolyasiya müqavimətinin yoxlanılması.
7.Kondisionerlərin servis xidməti təmir və zəmanətdən nə ilə fərqlənir?
Servis xidməti təmir və zəmanətdən köklü şəkildə fərqlənir. Servis xidməti işlək avadanlığın istismar rejiminin təminatı üçün göstərilir. Bu kondisioneri maksimal məhsuldarlıq ilə və faydalı əmək əmsalı ilə istismar etməyə imkan verir, kondisionerin sıradan çıxamsının qarşısını alır.
Kondisionerin sıradan çıxması onun təmirinə pul vəsaitinin sərf edilməsi ilə yanaşı, məkanın, mebelin və sənaye texnikasının korlanmasına da gətirib çıxara bilər. Məsələn, kondensatın kanalizasiya sisteminə və ya küçəyə axıdıldığı drenaj sistemin tutulması kondisionerin daxili blokundan suyun axmasına gətirib çıxardığı halda, suyun normadan artıq olarsa kondisionerin sönməyini təmin edən və çox vaxt ucuz kondisionerlərə quraşdırılmayan qəza datçiki isə kondisionerin sönməsinə imkan verməyəcək.
Kondisionerin sıradan çıxma səbəbləri:
İstənilən kondisioner – mürəkkəb elektrohidroaeromexaniki aqreqatdır. Kondisionerin bütün qovşaq və detalları ölçülərə, gücə, məhsuldarlığa görə, seçilib və sabitləşdirilib. Təzadlı tələb və şərtlər arasında çoxsaylı kompromislər nəzərdən keçirilib.
Amma zaman və toz hər şeyə qarşı amansızdır. Kondisionerin filtirləri və hava sovurucuları dolur, kondisionerin pərlərinə çirk yapışır, titrəşimlər kondisionerin elektirk birləşmələrini silkələyir, mikro çatlardan freon buxarlanır, yağ köhnəlir və çirklənir. Nəticədə split-sistemin məhsuldarlığı asta və gözə çarpmadan düşür, yük isə artır.
Kondisoner saz haldadır, amma funksiyalarını yerinə yetirmir. Siz arzuedilən və baha qiymət ödədiyiniz komfortdan məhrum qalırsız. Zamanla mübarizə edə bilmərik, amma çirk, toz, yüklənmələr ilə mübarizə mümkündür və biz buna hazırıq!
Çinarın tozu istilik mübadiləçisini tutur. Yağış altında islanan belə qarışıq quruyur və nazik də olsa möhkəm qata dönür. Bu dəmir-betonun analoqudur. Bununla yanaşı o, metala qarşı gözəl adheziyaya malikdir. Bu istilik mübadiləçisinin üzərində mürəkkəb və nazik səth yaradır. İstilik mübadiləçisi isə lazımi havanı ala bilmədiyi üçün funksiyalarını yerinə yetirə bilmir. Bütün sistem yüksək təzyiq ilə işləyir, iş nöqtələri kütləvi şəkildə silkələnir və müvafiq sərhədlərdən çıxır. Müdafiə datçiki işə düşmədikdə isə kompressor sıradan çıxır. Yarpaq, ot qırıntıları, budaqlar, lələklər – külək və ya quşlar tərəfindən qaldırılır və çəkilən hava vasitəsilə istilik mübadiləçisinə yapışır. Ventilyator söndürüldükdə aşağı düşsələr də müdafiə barmaqlığının üzərində qala bilərlər. Əgər kondisioner daimi işləyirsə zamanla toz sementə çevrilir.
Toz – demək olar ki, hər yerdə var və hər zaman ziyan gətirir. Toz dənəcikləri duz, daş, qətran, canlı orqanizmlərin qalıqlarıdır. Xarici bloklarda istilik mübadiləçisini sementləyir.Elektrik birləşmələrinə düşən toz soyutmanı pisləşdirir, korroziyaya və qısa qapanmaya səbəb olur, kontaktların müqavimətini artırır. Ventilyatorun pərlərinə qonan toz onun çəkisini artırır, statik və dinamik tarazlığını pozur. Bu isə vibrasiya və səsin artmasına, yükün çoxalması nəticəsində axının azalmasına səbəb olur. Bəzən isə xoşagəlməz qoxunun yaranmasına səbəb olur, bakteriyaların, göbələk və kifin yaranması üçün şərait mövcud olur. Bu isə xəstəlik və allergik reaksiyalara gətirib çıxara bilər. Tütün qoxusu, mətbəx qoxusu – bar, mətbəx, siqaret çəkmək üçün məkanlar, onlar üçün aktualdır. Tüstünün tərkibində olan yağ və qətran toz və çirki birləşdirən əla vasitədir. Xoşagəlməz qoxuya malikdir, əsasən də mərkəzi kondisioner sistemində mövcud olur. Jalüz və şiber kimi hərəkətli hissələri tutur və yapışqanlıq yaradır. Naqillərin üzərinə düşərkən izolyasiyanı dağıdır və ya xassələrini dəyişir. Bir qayda olaraq belə çirkləri sağlamlıq və kondisionerin materialı üçün təhlükəli olmayan, xüsusi yuyucu vasitələr ilə təmizləmək olar.
Tütün qoxusu, mətbəx qoxusu – bar, mətbəx, siqaret çəkmək üçün məkanlar, onlar üçün aktualdır. Tüstünün tərkibində olan yağ və qətran toz və çirki birləşdirən əla vasitədir. Xoşagəlməz qoxuya malikdir, əsasən də mərkəzi kondisioner sistemində mövcud olur.
Jalüz və şiber kimi hərəkətli hissələri tutur və yapışqanlıq yaradır. Naqillərin üzərinə düşərkən izolyasiyanı dağıdır və ya xassələrini dəyişir. Bir qayda olaraq belə çirkləri sağlamlıq və kondisionerin materialı üçün təhlükəli olmayan, xüsusi yuyucu vasitələr ilə təmizləmək olar.

    Bir kondisionerin, split-sistemlərin təmiri və servis xidməti
    Servis xidmətinə aşağıdakılar daxildir:
    - Split-sistemin xarici baxışı
    - Kondisionerin özünü diaqnostika sisteminin istifadəsi ilə iş parametrlərinin yoxlanması.
    - Split-sistemin daxili bloklarının filtrlərinin vəziyyətinin yoxlanması və təmizlənməsi.
    - Kondisionerin xarici blokunun istilik mübadiləçisinin təmizlənməsi.
    - Split sistemin daxili blokunun istilik mübadiləçisinin təmizlənməsi.
    - Kondisionerin hava axınının çıxış parametrlərinin yoxlanması.
    - Kondisionerin drenaj sisteminin işini yoxlanması və təmizlənməsi.
    - Split-sistemin soyutma konturunda işçi təzyiqlərin yoxlanması.
    - Kondisionerin soyutma konturunun freon sızmasına görə yoxlanması.
    - Lazım gəldiyi halda kondisionerin freon ilə doldurulması.
    - Split-sistemin işçi cərəyanlarının yoxlanması.
    - Kondisioner bloklarının bərkidilməsinin yoxlanması.
    Kondisionerin, split-sistmlərin, VRF sistemlərin və soyutma sistemlərinin təmiri və xidmətin qiymətləri fərdidir və görülən işin həcmindən asılıdır. Kondisionerlər ilə əlaqədar xidmətlərin qiymətləri barədə bizim menecerdən elə indicə məlumat ala bilərsiniz. Kondisionerlərin split-sistemlərinin servis xidmətləri nəyə lazımdır? Servis xidmətləri kondisionerlərin vaxtından əvvəl sıradan çıxmasının qarşısını almaq və bu sistemlərin əsas iş parametrlərinin təminatı üçün labüddür. Belə ki, servis xidməti pultu batareyasının dəyişdirilməsindən və ya filtirlərin təmizlənməsindən ibarət deyil.
    Bu, şirkətin əməkdaşlarından yüksək nəzəri hazırlıq və müəyyən praktiki bacarıqlar tələb edən mütəmadi həyata keçirilən işlərin kompleksidir. Bundan başqa istifadə edilən diaqnostika aparatlarının bahalı olması səbəbi ilə servis xidməti yalnız ciddi ixtisaslaşmış şirkətlərin görə biləcəyi bir işdir. Kondisionerlərin texniki servisi ildə iki dəfə həyata keçirilməlidir. Bu anlayışa nə daxildir? Mövsümün əvvəlində - martın sonunda və mövsümün sonunda avqust-sentyabrın axırında kondisioner detallı şəkildə yoxlanılır, lazım olduğu halda təmir edilir.

Havalandırma və kondisioner sisteminin layihələndirilməsi
Havanın yaxşı havalandırılması istənilən məntəqədə xoş mikro iqlimin əsas faktorlarıdır, buna görə də, havalandırma sisteminin savadla layihələndirilməsi yeni tikilmiş və ya yenidən qurma işləri aparılmış binalarda keyfiyyətin vacib kriteriyalarından hesab olunur. Adətən havalandırma vəkondisioner sistemlərinin layihələndirilməsi tikintinin erkən mərhələlərində başlanır, çünki axıcı havalandırma sisteminin quraşdırılması xərcli və texniki qəliz işlər görülməsini tələb edir. Təbii ki, havalandırma sistemlərinin layihələndirilmə və quraşdırılma ilə yalnız hazırlanmış peşəkarlar məşğul olmalıdırlar, çünki məntəqənin havalandırmasının keyfiyyətindən də bir başa olaraq insan sağlamlığı asılıdır. Bundan başqa, axıcı havalandırma sisteminin quraşdırılması texniki şəbəkələrdə, hətta binanın memarlığında da dəyişikliklər aparmağı tələb edir.
Havalandırma və kondisionerləşdirmə sisteminin layihələndirilməsi
Bu özündə obyektin xüsusiyyətlərini və dəqiq mühəndis hesablarını birləşdirən işlər kompleksidir. Yekun layihə, hesablamaların nəticələri, normativlərə tələblərin və sifarişçinin istəklərinin nəzərə alınması ilə hazırlanır. Soyutma sistemi bir neçə brenddən seçilir ki, sifarişçi onları avadanlığın xarakteristikası və qənaətcilliyi baxımından müqayisə edə bilsin. Bundan başqa layihələndirmə mərhələsində, bizim şirkətimiz istifadə prosesində enerji sərfi və xərclərin qənaətinə diqqət edir.
Havalandırma və kondisionerləşdirmə sistemlərinin layihələndirməsinin gedişatında, bizim mütəxəssislərimiz növbəti işləri görürlər :

  • Kommersiya təklifləri hazırlayırlar
  • İsitmə, havalandırma və kondisionerləşdirmə, avtomatik və elektronika sistemlərinə uyğun kompleks layihə sənədləşməsini hazırlayırlar
  • Hazır obyektlərin ekspertizasını həyata keçirirlər
  • Əldə olan avadanlığın ekspertizasını aparır, onun istifadəsi ilə bağlı tövsiyələr təklif edirlər

  • Havalandırma sİstemlərİnİn əsas texnİkİ həllərİ:
  • İstilik sərfi və havalandırma avadanlığının təyin olunmuş elektrik gücü;
  • Havalandırma sisteminin xarakteristikaları ( qabaritləri, enerji sərfi və s. );
  • Məntəqələrdə hava mübadiləsinin hesablamalar cədvəli;
  • Havalandırma üçün əsas avadanlığın istehsalçının proqram məhsullarının köməyi ilə hesablanması.
  • Havalandırma kameralarında əsas ventilyasiya avadanlığının yerləşdirilmə sxemi
  • Hava tənzimləyicilərinin və pultların yerləşmə sxemi
  • Hava vericilərin, ventilyasiya maqistrallarının və digər elementlərin yerləşmə sxemi
  • Ventilyasiya avadanlığının xüsusiyyətləri;
  • Ventilyasiya sisteminin aksonometrik sxemi.
  • Layihə sənədləşdirməsi avtomatlaşdırılmış layihələşdirilmə sistemi üzrə aparılır – layihənin bir nüsxəsi elektron versiya halında sifarişçiyə də təqdim edilir.

    Obyektlərin növlərləri
    Layihə şöbəsində yüksək ixtisaslı mütəxəssislər çalışır, onların peşəkarlığı texniki baxımdan ən mürəkkəb obyektlərin belə layihələndirmə işlərini aparmağa imkan yaradır.
    1.Mənzillərin havalandırma və kondisioner sisteminin qurulması
    2.Kottec, taunhousların havalandırma və kondisioner sisteminin qurulması
    3.Bağ evlərində hovuzun havalandırma layihəsi
    4.Restoran və kafelər – isti və soyuq sexlərdə hava çəkicilərinin və hava təmizləyici qurğuların, qonaq zallarının ventilyasiya və kondisioner sisteminin qurulması
    5.Sənaye məkanlarında ventilyasiya və kondisionerləşdirmə sistemləri.
    6.Anbarların ventilyasiyası
    7.Ofislərin ventilyasiya və kondisioner sistemlərinin qurulması
    Şirkətin mütəxəssisləri layihə üzrə sənədləşdirməni, eləcə də istənilən Dantex, Toshiba, Daikin, Mitsubishi Electric, Systemair və s. şirkətlərin ventilyasiya və kondisioner sisteminin quraşdırılmasını həyata keçirirlər.
    ventilyasiya sisteminə müxtəlif avadanlıq daxildir:

  • Ventilyasiya qurğuları: axınlı, çəkici, axınlı-çəkici
  • Ventilyatorlar: radial, oxlu
  • Ventilyator aqreqatları: dam, kanal
  • Səs boğucular
  • Hava filtrləri
  • Hava qızdırıcıları: su, elektrik
  • Hava yönləndiricilər: plastik, metal, elastik, yarımelastik
  • Qapatma və tənzimləyici qurğular: diafraqmalar, hava klapanları, əks klapanlar
  • Hava istiqamətləndiriciləri və tənzimləyici qurğular: dəlik hava istiqamətləndirici qurğular, barmaqlıqlar, deşilmiş panellər, forsunkalı başlıqlar. İstilik izolyasiyası.

  • Kondisionerlər təyinatından və obyektin növündən asılı olaraq iki böyük qrupa bölünürlər:
  • Məişətdə istifadə təyinatlı kondisionerlər:
  • 1.Mobil kondisionerlər
    2.Pəncərə tipli monobloklar
    3.Divar, kaset, konsol, tavanaltı, kanal Split-sistemli
  • Sənayedə istifadə təyinatlı kondisionerlər
  • 1.Yüksək dəqiqlikli kondisionerlər
    2.VRF-sistemli
    3.Çiller+fenkoil sistemli
    Nəzarət və idarəetmə vasitələri
    Bütün müasir ventilyasiya, kondisioner və isitmə sistemləri mürəkkəb mühəndis kompleksləridir. İxtisaslaşmış nəzarət və idarəetmə vasitələri olmadan onların səmərəli və təhlükəsiz işləməsi mümkün deyil. Belə sistemlərin yaradılması üçün müxtəlif komponentlər tələb olunur:
  • qurğunun mexaniki qovşağının işinə nəzarət və idarəetməni həyata keçirən datçik və qurğular;
  • təhlükəsiz istismarı və parametrlərin dəqiq dəstəklənməsini təmin edən alqoritmlər üzrə datçik və idarəetmə qurğularından məlumatın toplanmasına cavabdeh olan kontrollerləri;
  • Operator ilə qarşılıqlı fəaliyyət vasitəsi – istifadəçi terminalları və binanın idarəetmə sistemi vasitəsilə, müvafiq kommunikasiya şlüzlərinin istifadəsi.
  • Normativ sənədlər
    Ventilyasiya sistemlərinin bütün layihələri normativ sənədlərə müvafiq olaraq hazırlanır:
    1.SP 60.13330.2012 İsitmə, ventilyasiya və kondisioner sistemləri. Aktuallaşdırılmış redaksiya SNiP 41-01-2003
    2.SP 7.13130.2013 İsitmə, ventilyasiya və kondisioner sistemləri. Yanğından müdafiə üzrə tələblər
    Lazım gəldiyi halda mütəxəssislərimiz sifarişçini layihənin sənədləşdirilməsinin bütün mərhələlərində müşayiət edəcəklər.


    Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir...

    Telefon nömrəsi:

    (+99412) 464 83 70

    Mobil nömrə:

    (+99451) 788 88 33

    Ünvan:

    AZ1075, Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI plaza

    Email:

    office@polycond.az