Loading
TIVI plaza – Əhməd Rəcəbli küç.1, Bakı, Azərbaycan
(+99412) 464 83 70 (+99451) 788 88 33
HAVALANDIRMA

Sənaye məntəqəsinin havalandırılması
Əmək fəaliyyətinin komfortluluğu üçün mütləq məqam havalandırma sisteminin quraşdırılmasıdır. Bu və ya digər məntəqəyə hansı havalandırma sisteminin tələb olunacağını dəqiqliklə bilmək mütləqdir.
İstehsalatda çalışanların təhlükəsizliyini təmin edən bir neçə havalandırma sistemi mövcuddur :
  • Axıcı
  • Sıxışdırmaqla
  • Sovurucu
  • Axıcı havalandırma sisteminin köməyi ilə hava kütlələrinin aktiv yer dəyişməsi baş verir. Çirklənmiş havanın atmosferə atılması nəticəsində havalandırma onu daha təmizi ilə əvəzləyir.

      Həmçinin quraşdırılma tipinə görə havalandırma sistemi kanal və kanalsız olanlara bölünür. Kanalsız havalandırma sistemində hava çıxarıcılar olmur, hava mübadiləsi yalnız nəfəslik və pəncərələrin köməyi ilə reallaşır.
      Kanallı sistem havanın hərəkəti reallaşdığı havalandırma sisteminə malikdir.
      Havalandırma sistemlərinin içərisindən geniş yayılmış sıxışdırılma üsulu ilə havalandırmadır, onu işyerinə yaxın 10-180 smtavan üzərində yerləşdirirlər.
      Öz iş prinsipinə görə havalandırma sistemi havanı məntəqənin ən aşağı hissələrinə aşağı temperatur ilə verir. Bu cür rahatlıqdan sistemin quraşdırılması üçün çox böyük yer tələb olunduğuna görə yalnız çox iri istehsalat bölgələrində istifadə etmək olar. Sovurucu havalandırma da həmçinin istehsalat məntəqələrində çox rahat hesab olunur.
      Havanın təmizlənməsi yolu ilə havadakı artıq qarışıqlardan xilas olmağa imkan yaradır. Bu sistem yalnız iş zonasında yerləşdirilir. Mexaniki sex üçün havalandırma sistemi hamarlayıcı və cilalayıcı dəzgahların üzərində yerləşdirilirki, gələcəkdə hava axını asanlıqla sovrulub çəkilə bilsin.
      Əlavə olaraq sovurucular vannalar və emulsiyalar üzərində yerləşdirilir.Qaynar sexlərin havalandırılması işin prosesi zamanı avadanlıqdan çıxan istiliyin kənarlaşdırılması üçün lazımdır.
      Qış aylarında sexdə temperatur +40,yayda isə +30С -ə çata bilər. Yüksək temperaturlar problemini həll etmək üçün bütün havalandırma növlərindən : axıcı, sovurucu və sıxışdırılma ilə, eyni anda istifadə etmək lazımdır.Qaynaq etmə sexlərində havalandırma sovurucu və axıcı havalandırma üsulu tətbiq edilir.
      Sistemin quraşdırılması üçün hesab atmosferə buraxılmadan öncə zərərli maddələrin maksimal şəkildə udulması nəzərə alınaraq hesablanır.Boyama sexlərinin havalandırılması bütün həlledicilər və boyaların buxarının təmizlənməsi üçün nəzərdə tutulur.Bütün bu maddələr insan sağlamlığı üçün təhlükə yaradır. Hava mübadiləsi saatda 20-100 dəfə tezliklə həyata keçirilir. Hərdən ventilyatorların bu cür aktiv işi qənaət baxımından əlverişli olmur.İstehsal məntəqələri üçün havalandırma sistemini həyata keçirərkən , istənilən sexdə keyfiyyətli iş həyata keçirməyi bacaracaq layihəçiyə müraciət etmək lazımdır
      Istehsalata havalandırmasına tələblər
      Məsələ orasındadır ki, insan vaxtın böyük qismini iş yerində keçirir, bu yer rahat əmək və sağlamlıq üçün bütün şərtlərlə təmin olunmalıdır. Bu xüsusilə tez-tez çirklənən və bununla da nəinki sağlamlıqda mənfi iz buraxan, həm də tərkibində yanğına meylli maddələr olan havaya aiddir.İstehsalat məntəqələrində bunun qarşısının alınması məqsədi ilə, havalandırma sistemi quraşdırılır ki, bu həm də müəssisənin qorunmasını təmin edir.Havalandırma sistemlərinə tələblər. Havalandırma sisteminin quraşdırılması zamanı, layihələndirmənin yanğın təhlükəsizliyi, enerjiyə qənaət, ekolojilik,akustiklik kimi layihə tələblərini nəzərə almaq lazımdır.Havalandırma sistemlərinin bir neçə növü var ki, onlardan hər biri xüsusi sənaye sahəsi üçün layihələndirilir : - ümumi mübadilə havalandırma sistemləri, ayrı zonalar üçün yox, bütün məntəqə üçün nəzərdə tutulan havalandırma sistemləridir.

      - yerlihavalandırma sistemləri öncədən işin vacib olduğu özünə məxsus zonalara bölünürlər.
      - lokal havalandırma sistemləri, havadakı çirki təmizləmək məqsədi və həmçinin fərqli zərərverici buxarların, eləcə də qazların və digər sağlamlığa zərərli qazların havadan təmizlənməsi məqsədilə quraşdırılır.
      - qəza havalandırması yanğın və ya qaz ifrazı zamanı zəhərli qazlarla zəhərlənmənin qarşısını almaq üçün istifadə olunur.
      - tüstü əleyhinə və texnoloji havalandırma, məntəqədən tüstünü çıxarmaq üçün təyin olunmuşdur. Bu cür sistem bir qayda olaraq hündür ticarət mərkəzi binalarında, administrativ və xəstəxana komplekslərində quraşdırılır.

      Yuxarıda sadalananlardan başqa, havalandırma sistemləri avadanlıqlar növlərinə görə də qruplara bölünürlər :

    • təbii tip
    • mexaniki tip
    • Təbii tipdə ventilyasiyanın işi, onun sistematik hərəkəti hava kütlələrinin hesabına ( külək, cazibə qüvvəsi ) baş verir. Pəncərə və qapılardan hava axınlarının daxil olması baş verdikdə, məntəqənin təbii havalandırılması baş verir. Bu anda hava çıxarııcların işi başlayır ki, nəticədə sovurma baş verir. Məntəqənin özündəki və çöldəki havanın temperaturu, həmçinin təzyiq və küləyin sürəti mühüm rol oynayır.
    • Havalandırma sisteminin mexaniki işi ventilyasiya cihazından istifadə ilə nəzərdə tutulur. Hava mübadiləsi ventilyatorun hava boruları vasitəsilə baş verir. Havanın istiqamətini nəzərə alaraq, mexaniki havalandırma axıcı və sovurma qruplarına ayrılır. Axıcı havalandırmanı alçaq, hündürlüyü döşəmədən 1,5 -1,8 m olan məntəqələrdə, sovurucunu isə ən yüksəkdə yerləşdirirlər.
      Bəzi şirkətlərdə hava həcminin böyüklüyü ilə əlaqədar hər iki havalandırma növü eyni anda istifadə olunur.
      Əsasən bu effektiv hava mübadiləsi olmayan boyama sexləridir.
      Anbarın havalandırılması.Anbarlar ü1,5 -1,8 ün havalandırma sisteminin layihələndirilməsi və quraşdırılması hər zaman asan və tez olmur. Ən əsas çətinlik anbarın fərqli stellajlardan ibarət olan kontruksiyalar, yardımçı avadanlıqlarladolu olmasıdır. Bundan başqa bu tip məntəqələr üçün texnoloji əməliyyatların anbar ərazisindəki obyektlərin xidmət olunması və daşınması, bu da anbarın düzgün və funksional havalandırılma sisteminin təşkil edilməsində əlavə çətinliklər yaradır. Məntəqələrin havalandırılma sistemlərinin müasir təsnifatına görə, anbar iri qabaritli avadanlıqlı sənaye məntəqələri qrupuna aiddir. Anbarın havalandırma sisteminin layihələndirilməsi zamanı, məntəqənin hər nöqtəsinə eyni temperaturda və eyni tərkibli havanın verilməsini təmin etmək tələb olunur.
      Havalandırma sisteminin quraşdırılması zamanı, havalandırma sisteminin seçilməsi və havalandırma qurğusunun təyini mühüm rol oynayır. Onun köməyi ilə, məntəqədə, hava axınlarının paylanılmasızamani, hava temperaturunun şaquli enmələrinin qarşısı alınacaq. Bu elə bir şərtdir ki, onu pozmaq olmaz, çünki havalandırma sisteminin qarşısında məntəqəni yalnız lazımı qədər təmiz hava ilə təmin etmək yox, həm də məntəqədə saxlanılan materiallara zərər verməməkdir. Sanitar qaydalar və normalardan irəli gələrək, anbar məntəqələrdə təbii ümumi hava mübadiləsi sistemi quraşdırılmalıdır. Amma bu göstərici anbar məntəqəsinin xüsusi tələblər və xüsusiyyətlərinə uyğun dəyişə bilər. Anbarın havalandırma sisteminin əsas məqsədi – verilmiş mal və materialların saxlanması üçün verilmiş parametrləri tələblərə bütünlüklə cavab verən düzgün hava dövranını təmin etməkdir.

      Layihələndirmə mərhələsində daha uyğun havalandırma sistemini seçmək olar :

    • ümumi mübadilə;
    • kanal;
    • kanalsız;
    • mexaniki;
    • yerli;
    • təbii.
    • Çoxsaylı variantlar arasında ən geniş yayılmış havalandırma sistemi növü axıcı-sovurucudur. Bu halda mexaniki axıcı sistem və təbii sovurucu sistem quraşdırılır. Axıcı havalandırma sisteminin yardımı ilə məntəqəyə təmiz hava verillir, sovurucu sistem isə işlənmiş havanın tavanın üzərində və ya təqdim olunmuş havalandırma şaxtalarında yerləşən hava boruları vasitəsilə çıxarılmasına görə cavabdehdir. Öz sadəliyi və funksionallığına görə sistem məşhurdur. Qeyd etmək lazımdır ki, sistem əlavə isitmə, təmizləmə, soyutma, qurutma və havanın nəmləndirilməsi funksiyaların yerinə yetirən avadanlıqla da təchiz oluna bilər. Əlavə avadanlıq anbarda insanlar işləyən zaman , həmçinin xüsusi növ məhsulların saxlanılması zamanı quraşdırıla bilər.

    Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir... Ətraflı

    Telefon nömrəsi:

    (+99412) 464 83 70

    Mobil nömrə:

    (+99451) 788 88 33

    Ünvan:

    AZ1075, Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI plaza

    Email:

    office@polycond.az