Loading
TIVI plaza – Əhməd Rəcəbli küç.1, Bakı, Azərbaycan
(+99412) 464 83 70 (+99451) 788 88 33
HAVALANDIRMA

Restoran və kafenin havalandırılma sistemi

İstənilən restoran, bar və ya kafe ziyarətçilər arasında öz rahatlığı və komfortu hesabına məşhurluq qazanır. Burda havalandırma və kondisionerləşdirmə sisteminin etibarlı işi az rol oynamır. Zallardakı təravətli hava və mətbəxdən gələn kənar qoxuların olmaması, məntəqənin müştərilərinə istirahətdən və yeməyin dadından zövq almağa imkan yaradacaq. Restoranın havalandırma sisteminin düzgün quraşdırılması və keyfiyyətli montajdan birbaşa olaraq məkanın ziyarətçi sayı və sahibkarların maddi gəliri asılıdır. Kafe və restoranların havalandırma sistemlərinin əsas məqsədləri – işlənmiş köhnə havanın tez və vaxtında məkandan çıxarılması və onun təmizlənmiş və təravətli, lazımi temperaturdakı hava ilə əvəzlənməsidir. Kondisionerləşmənin zona sistemi məntəqələrdə təyin olunmuş zal və ya istirahət zonası üçün optimal komfortlu mikroiqlim yaradır.
“Konstroy” istirahət və qidalanma məkanlarının layihələndirilməsi və montajı üzrə xidmətləri təqdim edir.
Kafe havalandırılması- interyerə uyğun, qənaətli həll. Siqaret çəkmə zallarının nəzərə alınması ilə barların havalandırılması. İstənilən sahədə bir neçə zona və zallara bölünməklə restoranların havalandırılması.
Gecə klublarının havanın soyudulması və istənilən gücdə sistemlərin quraşdırılması ilə havalandırılması.


    Restoran, kafe və ya barın zonalaşdırılması
    Əgər əvvəllər məntəqələr öz aralarında dadlı, orijinal yeməkləri və keyfiyyətli xidməti ilə rəqabət aparırdılarsa, indi məntəqənin atmosferinə böyük diqqət yetirilir. Havalandırma sistemi pis quraşdırıldığı halda, ziyarətçi çirkli hava, siqaret tüstüsü və mətbəx qoxuları ilə nəfəs almaq istəmədiyinə görə, istirahət etmək və yemək üçün başqa yer axtaracaq. Restoranın kondisioner sistemi tikinti və sanitar normalara uyğun olmalıdır. Bir neçə zonalar ayrılır və onlardan bar, restoran və kafe zonaları xüsusi diqqətlə işlənməldir.
    Bu tip zonalara aiddir :
- ziyarətçilərə xidmət üçün zallar;
- qidanın hazırlandığı mətbəxlər;
- anbar və ərzaqların saxlanılması üçün məntəqələr;

    Havalandırma sisteminin köməyi ilə fərqli zonalarda optimal atmosferin yaradılması
    Restoran, barın kondisionerləşdirilməsi oxşar məntəqələrin xüsusiyyətlərini nəzərə alaraq işlənib hazırlanır.
    Bunlara aiddir :
    Yüksək səviyyəli temperatur və hava komfortu;
    Gün ərzində bərabər paylanmayan istilik yükü;
    Fərqli tipli zonaların və məntəqələrin mövcudluğu;
    Qurğunun və hava borularının yerləşdirilməsi üçün məhdud ərazi;
    Istilik və elektrik gərginliyində məhdudiyyətlər.
    Restoranın havalandırma sistemi axıcı-sovurucu olub, mexaniki üsulla, axıcı havanın ilin soyuq dönəmində qızırılması ilə hərəkətə gətirilir. Kondisionerləşdirmə sistemi, zalın xüsusiyyətlərindən və ölçülərindən asılı olaraq mərkəzi və ya yerli soyutma sistemi tətbiq olunur.
    Restoran və kafelərin zallar və istirahət zonalarının avadanlıq xüsusiyyətləri
    Yadda saxlamaq lazımdır ki, zallar və istirahət zonaları verilmiş temperatur və iqlim rejiminin xidmətsiz yerlərə və küləyin yaranmasına imkan verməyərək, sabit saxlanılmasına yüksək tələbat ilə fərqlənirlər. Restoranın nahar otağının kondisionerləşdirmə sisteminin təyinatı : Hava mübadiləsinin təşkili ( yeni havanın verilməsi və köhnəsinin uzaqlaşdırılması ) ; Aşırı istilik və rütubət ixracının assimilyasiyası; Mikroiqlimin komfort parametrlərinin saxlanılması – temperaturun, rütubətin və havanın hərəkət sürətinin. Açıq zona : banket zalı, bar, gecə klubunun rəqs meydançası və nahar zonası tamamilə mətbəxdən və oxşar məntəqələrdən ayrılmalıdır. Restoranın, barın və ya gecə klubunun ziyarətçilərinin və daimi personalın sayı mütləq nəzərə alınır. Məsələn, 200 kvadrat metr sahəsi və 3 metr hündürlükdə tavanı olan məntəqəyə saatda 5400 kub metr olmalıdır. Yaxşı olar ki, sistem soyuducu seksiya ilə təchiz olunmuş olsun ki, məntəqəyə sərin hava verilsin.
      Gecə klublarının, kafe, restoran və barların mətbəxlərinin havalandırılması Bir qayda olaraq iki sistemdən ibarətdir :
      Mətbəx sobalarından yerli xarakterli sovurma sistemləri ( sovurma çətirləri );

    Axıcı-sovurucu avadanlıqlı ümumi havalandırma. Mətbəxdəki hava mübadiləsini normadan artıq rütubətlilik və istiliyin aradan qaldırılmasını,personal üçün komfort şəraitin yaradılması, həmçinin qoxuların məntəqədən kənara yayılmasının qarşısının alınması nəzərə almaqla təyin edilir.
    Mətbəxdə növbəti kondisionerləşdirmə sistemləri nəzərə alınır :
    İsti sex üzərində ( sobalar, tavalar ) – sovurma .
    Qabyuyan maşın və ya qab yuma otağının üzərində - sərbəst sovurma.
    Mətbəxin ümumi havalandırması – axın və sovurma ( sovurma isti sexin sovurması ilə birləşdirilə bilər ) Təqribən, isti sev avadanlığının hər kilovatına 70 m3/saat hava lazımdır.
    Mətbəxə verilən havanın temperaturu 18 dərəcə ( kaloriferin gücünün nəzərə alınması üçün ) .
    Mətbəxin sovurması axından güclü olmalıdır ki, qoxu zala daxil olmasın. Beləliklə, hava mübadiləsinin həcmini kənara sovurma prioriteti ilə layiləndirirlər ki, mətbəxdən havanın yaylmasının qarşısı alınsın və gecə klubu, barların effektivkondisionləşdirilməsində sanitar normalara riayət olunsun. Daimi yağ və buxarın ifrazı, çox saylı qablar və açıq qaz ilə əlaqəli, əlavə olaraq mətbəx məntəqəsinin yanğın təhlükəsi nəzər alınır. Buna görə də mətbəxin kondisonerləşdirmə sistemi, məntəqənin qoruma sisteminə daxil edilməlidir. Mətbəx üçün modul ( yığma ) sistemi istifadə etmək ən uyğun seçimdir. O ayrı əldə edilən aqreqatlardan ibarətdir – ventilyator, səsboğucu, kalorifer, klapanlar və s. Yerli aqreqatlardan istifadə əlavə xərclərə qənaət etməyə imkan yaradır.

    Gecə klubları, barlar, kafe və restoran məntəqələrinə əsas tələblər səsin olmaması.
    Qonaqlar dadlı yeməkdən başqa məntəqədəki komfortlu şəraiti də dəyərləndirirlər, buna görə də, kondisioner sistemləri sakit və nəzərə çarpmadan işləməlidir. İdarəetmədə sadəlik. Etibarlılıq və effektivlik. Restoranların iqlim havalandırma sistemi , əsas qovşaqlar və blokların sıradan çıxması ehtimalını nəzərə alaraq, ehtiyat gücə və əlavə avadanlığa malik olmalıdır Qənaətcilik. Hal-hazırda müasir istehsalçıların iqlim avadanlıqları istehsalında diqqət etdikləri ən önəmli göstəricilərdən biri . Əksər hallarda gecə klubuna, bara və ya restorana şəhər tərəfindən kifayət qədər elektrik enerjisi ayrılmır. Sifarişçi onun 200 metrlik restoranının yalnız ventilyasiyasına 100KVt elektrik enerjisi lazım olduğunu biləndə anlayır ki, onun planları təhlükə altındadır. Bu vəziyyətdə elektik enerjisinə qənaət etmədən keçinmək mümkün deyil. Ən yaxşı variant – fırlanan qurğulu axıcı-sovurucu avadanlıqdır. Bu elektrik enerjisinə qənaət edən blok, sovurmanın istisini axının qızıdırılmasına istifadə etməyə imkan yaradır. Qənaət hiss ediləndir – 100 KVt sadəcə olaraq 30 KVt-a çevrilə bilər.
    Estetik xarakteristika.
    Restoranların, barların havalandırılması üçün seçilən avadanlıqda, yerləşdirilməsində və mühəndis magistrallarının hazırlanmasında görünən elementlərin (daxili bloklar, hava boruları, qəfəslər və s. ) estetik xarakteristikası nəzərə alınır. Əgər avadanlıq üçün yer yoxdursa. Əgər yer yoxdursa, restoran və barın havalandırması üçün avadanlığı küçədə yerləşdirmək olar.
    Amma yaxşı olar ki, gecə klubu, bar və ya restoranın layihələndirilməsi zamanı, yerə qənaət etmək və keyfiyyətli havalandırmanı təmin etmək üçün havalandırma sistemi üçün yer ayırmaq yaxşı olar. Əgər tavan alçaqdırsa. Hava boruları adətən öz ölçüləri ilə sifarişçini təəccübləndirirlər. Nəzər alınmayan ölçülər üzündən asma tavan altından onları keçirmək çox vaxt mümkün olmur. Bu halda onları görünən şəkildə quraşdırırlar.
    Gecə klubu, bar və ya restoranın səliqəli işlənmiş hava şəbəkəsi, xüsusilə də rənglənmədən sonra çox yaxşı görünür. Sərin hava keçən hava boruları istilik izolyasiyası tələb edirlər. Hava borularınıngörünüşünü pozmamaq üçün istilik izolyasiyası boruların içərisinə yapışdırıla bilər. Əgər yayda istidirsə. Restoranda kondisionerlər- az effektli əşyalardır. Yayda, çöldəki hava isti olanda, axıcı havalanıram çöldən gələn çoxlu istilik verir. Buna görə də kondisioner sadəcə zalı soyutmalı deyil, həm də axından gələn istiliyi kompensasiya etməlidir. Bu problemin ən yaxşı həlli soyuducu seksiya quraşdırılmış axıcı sistemin quraşdırıl maşıdır. Seksiyaya kondisionerin xarici bloku qoşulur.

Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir... Ətraflı

Telefon nömrəsi:

(+99412) 464 83 70

Mobil nömrə:

(+99451) 788 88 33

Ünvan:

AZ1075, Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI plaza

Email:

office@polycond.az