Loading
TIVI plaza – Əhməd Rəcəbli küç.1, Bakı, Azərbaycan
(+99412) 464 83 70 (+99451) 788 88 33
LAYİHƏLƏNDİRMƏ

Sənaye havalandırma və kondisionerləşdirmə sisteminin layihələndirilməsi 
Havanın yaxşı havalandırma və kondisionerləşdirməsi- istənilən məntəqədəxoş mikro iqlimin əsas faktorlarıdır, buna görə də, havalandırma sisteminin savadla layihələndirilməsi yeni tikilmiş və ya yenidən qurma işləri aparılmış binalarda keyfiyyətin vacib kriteriyalarından hesab olunur.Adətən havalandırma vəkondisionerləşdirmə sistemlərinin layihələndirilməsi tikintinin erkən mərhələlərində başlanır, çünki axıcı havalandırma sisteminin quraşdırılması xərcli və texniki qəliz işlər görülməsini tələb edir. Təbii ki, havalandırma sistemlərinin layihələndirilmə və quraşdırılma ilə yalnız hazırlanmış professionallar məşğul olmalıdırlar, çünki məntəqənin havalandırma və kondisionerləşdirməsininkeyfiyyətindəndə bir başa olaraqinsan sağlamlığı asılıdır. Bundan başqa, axıcı havalandırma sisteminin quraşdırılması texniki şəbəkələrdə, hətta binanın memarlığında da dəyişikliklər aparmağı tələb edir.


Havalandırma və kondisionerləşdirmə sisteminin layihələndirilməsi
Bu özündə obyektin xüsusiyyətlərini və dəqiq mühəndis hesablarını birləşdirən işlər kompleksidir. Yekun layihə, hesablamaların nəticələri, normativlərə tələblərin və sifarişçinin istəklərinin nəzərə alınması ilə hazırlanır. Soyutma sistemi bir neçə brenddən seçilir ki, sifarişçi onları avadanlığın xarakteristikası və qənaətcilliyi baxımından müqayisə edə bilsin. Bundan başqa layihələndirmə mərhələsində, bizim şirkətimiz istifadə prosesində enerji sərfi və xərclərin qənaətinə diqqət edir.
Havalandırma və kondisionerləşdirmə sistemlərinin layihələndirməsinin gedişatında, bizim mütəxəssislərimiz növbəti işləri görürlər :
Kommersiya təklifləri hazırlayırlar
İsitmə, havalandırma və kondisionerləşdirmə, avtomatik və elektronika sistemlərinə uyğun kompleks layihə sənədləşməsini hazırlayırlar
Hazır obyektlərin ekspertizasını həyata keçirirlər
Əldə olan avadanlığın ekspertizasını aparır, onun istifadəsi ilə bağlı tövsiyələr təklif edirlər


Havalandırma sistemlərinin əsas texniki həlləri:

  • Istilik sərfi və havalandırma avadanlığının təyin olunmuş elektrik gücü;
  • Havalandırma sisteminin xarakteristikaları ( qabaritləri, enerji sərfi və s. );
  • Məntəqələrdə hava mübadiləsinin hesablamalar cədvəli;
  • Havalandırma üçün əsas avadanlığının istehsalçının proqram məhsullarının köməyi ilə hesablanması.
  • Havalandırma kameralarında əsas ventilyasiya avadanlığının yerləşdirilmə sxemi
  • Hava tənzimləyicilərinin və pultların yerləşmə sxemi
  • Hava vericilərin, ventilyasiya maqistrallarının və digər elementlərin yerləşmə sxemi
  • Ventilyasiya avadanlığının xüsusiyyətləri;
  • Ventilyasiya sisteminin aksonometrik sxemi.
  • Layihə sənədləşdirməsi avtomatlaşdırılmış layihələşdirilmə sistemi üzrə aparılır – layihənin bir nüsxəsi elektron versiya halında sifarişçiyə də təqdim edilir.

  • Obyektlərin növlərləri
    Layihə şöbəsində yüksək ixtisaslı mütəxəssislər çalışır, onların peşəkarlığı texniki baxımdan ən mürəkkəb obyektlərin belə layihələndirmə işlərini aparmağa imkan yaradır.
    1.Mənzillərin havalandırma və kondisioner sisteminin qurulması
    2.Kottec, taunhousların havalandırma və kondisioner sisteminin qurulması
    3.Bağ evlərində hovuzun havalandırma layihəsi
    4.Restoran və kafelər – isti və soyuq sexlərdə hava çəkicilərinin və hava təmizləyici qurğuların, qonaq zallarının ventilyasiya və kondisioner sisteminin qurulması
    Sənaye məkanlarında ventilyasiya və kondisionerləşdirmə sistemləri. Anbarların ventilyasiyası Ofislərin ventilyasiya və kondisioner sistemlərinin qurulması Şirkətin mütəxəssisləri layihə üzrə sənədləşdirməni, eləcə də istənilən Dantex, Toshiba, Daikin, Mitsubishi Electric, Systemair və s. şirkətlərin ventilyasiya və kondisioner sisteminin quraşdırılmasını həyata keçirirlər.


    Kondisionerlər təyinatından və obyektin növündən asılı olaraq iki böyük qrupa bölünürlər:

  • Ventilyasiya qurğuları: axınlı, çəkici, axınlı-çəkici
  • Ventilyatorlar: radial, oxlu
  • Ventilyator aqreqatları: dam, kanal
  • Səs boğucular
  • Hava filtrləri
  • Hava qızdırıcıları: su, elektrik
  • Hava yönləndiricilər: plastik, metal, elastik, yarımelastik
  • Qapatma və tənzimləyici qurğular: diafraqmalar, hava klapanları, əks klapanlar
  • Hava istiqamətləndiriciləri və tənzimləyici qurğular: dəlik hava istiqamətləndirici qurğular, barmaqlıqlar, deşilmiş panellər, forsunkalı başlıqlar. İstilik izolyasiyası.

  • Nəzarət və idarəetmə vasitələri

    Sənaye ventilyasiya sisteminə müxtəlif avadanlıq daxildir:

  • Məişətdə istifadə təyinatlı kondisionerlər:
  • 1.Mobil kondisionerlər
    2.Pəncərə tipli monobloklar
    3.Divar, kaset, konsol, tavanaltı, kanal Split-sistemli
  • Sənayedə istifadə təyinatlı kondisionerlər
  • 1.Yüksək dəqiqlikli kondisionerlər
    2.VRF-sistemli
    3.Çiller+fenkoil sistemli

    Bütün müasir ventilyasiya, kondisioner və isitmə sistemləri mürəkkəb mühəndis kompleksləridir. İxtisaslaşmış nəzarət və idarəetmə vasitələri olmadan onların səmərəli və təhlükəsiz işləməsi mümkün deyil. Belə sistemlərin yaradılması üçün müxtəlif komponentlər tələb olunur:
  • qurğunun mexaniki qovşağının işinə nəzarət və idarəetməni həyata keçirən datçik və qurğular;
  • təhlükəsiz istismarı və parametrlərin dəqiq dəstəklənməsini təmin edən alqoritmlər üzrə datçik və idarəetmə qurğularından məlumatın toplanmasına cavabdeh olan kontrollerləri;
  • Operator ilə qarşılıqlı fəaliyyət vasitəsi – istifadəçi terminalları və binanın idarəetmə sistemi vasitəsilə, müvafiq kommunikasiya şlüzlərinin istifadəsi.

  • Normativ sənədlər
    Ventilyasiya sistemlərinin bütün layihələri normativ sənədlərə müvafiq olaraq hazırlanır:
    1.SP 60.13330.2012 İsitmə, ventilyasiya və kondisioner sistemləri. Aktuallaşdırılmış redaksiya SNiP 41-01-2003
    2.SP 7.13130.2013 İsitmə, ventilyasiya və kondisioner sistemləri. Yanğından müdafiə üzrə tələblər
    Lazım gəldiyi halda mütəxəssislərimiz sifarişçini layihənin sənədləşdirilməsinin bütün mərhələlərində müşayiət edəcəklər. Çillerlərin – soyutma sistemlərinin layihələndirməsinin bəzi aspektləri Soyuducu aparat, çiller – böyük ölçülü, uzunluğu on metrdən çox olan və çox ağır, bəzən on beş ton və daha artıq olan qurğudur. Çiller binanın üzərində və ya daxilində yerləşdiyi zaman ağırlığın kompensasiyası üçün layihələndirmə zamanı xüsusi ağırlığa dözən çərçivələr tətbiq edilir.

    Standart çərçivələr adətən uyğun gəlmir, bu səbəbdən də layihələndirmə zamanı soyutma qurğusunun ağırlığını binanın dayaq nöqtələrinə bərabər paylayan şəxsi çərçivə konstruksiyasının istehsalı nəzərə alınır. Bir qayda olaraq çillerlərin tərkibinə bir neçə kompressor, ventilyator və nasos daxil olur. Belə qurğular böyük sayda neqativ vibrasiyalar yaradır, bu özəlliyi nəzərə alaraq – çillerlər vibro dayaqlar üzərində quraşıdırlır, boru kəmərlər isə müvafiq diametrli vibro əlavələr vasitəsilə birləşdirilir.

    Adətən çillerin birləşdirici boru kəmərləri maqistral borunun diametrindən balaca olur, bu səbəbdən də keçid yaratmaq lazımdır. Çillerin yanında vibro əlavə və ondan sonra keçid olmalıdır. Hidravlik itkilər üzündən keçidi aqreqatdan uzada quraşdırmaq tövsiyə edilmir. Çillerin istilik verici istiqamətində girişində soyuducunun tutulmaması üçün mütləq filtr qoyulmalıdır. Hidromodul çillerə quraşdırıldığı halda çillerin çıxışında əks klapan quraşdırmaq mütləqdir, bu suyun əks istiqamətinin qarşısını almaq üçündür. Birbaşa və əks axınları tənzimləmək üçün təzyiqin dəyişməsini tənzimləmək üçün keçirici-açar quraşdırmaq tövsiyə edilir. Çillerin sənədləşdirməsində cədvəl göstəricilərinin hansı istilik daşıyıcısı üçün nəzərdə tutulduğunuyoxlamaq lazımdır. Donmayan istilik daşıyıcısının tətbiqi bütün soyutma sisteminin effektivliyini 15-20% azaldır.



    Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir... Ətraflı

    Telefon nömrəsi:

    (+99412) 464 83 70

    Mobil nömrə:

    (+99451) 788 88 33

    Ünvan:

    AZ1075, Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI plaza

    Email:

    office@polycond.az