Loading
TIVI plaza – Əhməd Rəcəbli küç.1, Bakı, Azərbaycan
(+99412) 464 83 70 (+99451) 788 88 33
HAVALANDIRMA

Hovuzun havalandırma sistemi

Hər bir tam və dolğun həyat yaşayan insanın öz evində yorğunluğunu yuması üçün öz şəxsi su hövzəsinin olması istəyi anlaşılandır. Örtülü hovuzun tikintisinin planlamasında heç olmasa əsas prinsiplər haqqında ümumi təsəvvür olmalıdır ki, onların iqnor edilməsinin nəticələri haqqında təsəvvür yaransın. hovuzuntikintisinə sərf edilmiş maddi vəsait aşağıdakı parametrlər əldə olunan zaman özünü doğrulda bilər :
lazımi temperatur;
lazımi rütubət;
havanın hərəkət surəti;
havanın keyfiyyətli tərkibi.

Bütün bu faktorlar məntəqənin mikroiqlimini, onunla birgə isə komfortunu yaradırlar. Məsələn, geyimli insanların məntəqədə özünü komfortlu hiss etməsi üçün, havanin temperaturu 40-60% nisbi rütubətlilikdə 18-20 dərəcə olmalıdır. Bununla yanaşı havanın hərəkət sürəti 0,3 m/san. Ola bilər.

    Havanin temperaturu
    Hovuzda özümüzü yaxşı hiss etməyin ən əsas parametri, suyun temperaturudur. Vəziyyətdən asılı olaraq biz ona qarşı çox tələbkarıq. Hovuzlarda suyun temperaturu aşağıdakı kimi olmalıdır :
    standart və ya üzmə cığırının uzunluğu 25-50 m olan iri üzmə hovuzlarında suyun temperaturunu 22 °C saxlamaq vacibdir;
    üzmə cığırı 8-16 m olan tədris üzmə hovuzlarında temperatur 23–26 °С olmalıdır;
    tibbi təyinatlı hovuzlarda suyun temperaturu 26-28 °С olmalıdır (25 °C-dən aşağı temperaturda qıc olmalar yarana bilər);
    ·individual hovuzlarda suyun temperaturu 24–28 °C tövsiyyə edilir;
    balaca uşaq hovuzlarında suyun temperaturu 28–30 °C tövsiyə edilir.
    Havanın temperaturu
    Hovuzdakı havanın temperaturu suyun temperaturundan 2–3 °C yüksək olmalıdır. Bu onunla izah olunur ki, nəmin insan dərisi səthindən buxarlanması zamanı əlavə istilik ayrılması prosesi baş verir məntəqədə həddindən artıq aşağı temperatur olanda yarandığı kimi üşümə hissi yaranır. Soyunmuş insanların olduğu yerdə havanın temperaturu 26–30 °C olmalıdır, bu parametr həm də onların hərəkətliliyin dən asılıdır : insanın hərəkətliliyi nə qədər yüksək olarsa, onun bədəni bir o qədər istilik ayırır. Hovuz məntəqəsindəki havanın temperatur rejimini təyin edən həlledici faktor suyun səthindən buxarlanma intensivliyinin aşağı düşməsidir.

    Havanın rütubətliliyi
    Havanın rütubətliliyinə tələblər ayrıca məntəqələrdəki rütubətə olan tələblər kimidir, örtülü hovuzların zonasında havanın hərəkət sürəti isə, 0,3m.s keçməməlidir. Bürkü yalnız havanın nisbi rütubətliliyi yüksək olduğu zaman yaranır. Buna görə də hovuz məntəqəsində rütubətin kontrolu bizim komfort hissimizi təmin edir.

    Məntəqədəki havanın həddindən aşağı rütubəti ( xüsusən də qış vaxtı, çöldəki havanın tərkibində su buxarının az olduğu vaxt ) selikli qişaların qurumasına və soyuqdəymə xəstləliklərinə səbəb olur. Havanın yüksək rütubətliliyi dəri vasitəsilə buxarlanmanı azaldır və orqanizmin temperaturu daima normada( bürkü hissi ) saxlama imkanlarını məhdudlaşdırır. Amerika standartlarına görə üzmə məntəqələri üçün hava və su parametrləri daha geniş diapazona malikdirlər. Məhdudlaşdırıcı konstruksiyaların ( divarlar, döşəmə, tavan, pəncərələr və s. ) aşağı temperaturu zamanı, hətta havanın hərəkəti olmadığı halda insanda külək təəssüratı yarana bilər. Döşəmə səthinin aşağı temperaturu soyuqdəymə xəstəliklərinə səbəb ola bilər. Ayaqyalın gəzən zaman, döşəmədən gələn istilik artır, buna görə də , hovuzlarda əlavə komfortun yaranması üçün soyuq döşəmə örtüyü ilə ( plitə, beton ) döşəmənin kontaktsız isinməsi və ya tavan şüa isidiciləri tətbiq etmək məsləhət görülür. Məntəqənin isti döşəmə ilə isinməsi ərazisi böyük olan və ya havanın temperaturu 28 °С-dən aşağı olan hovuz məntəqələrində tətbiq etmək uyğundur. Divarların zəif istilik izolyasiyası və ya xüsusi ölçülər götürülmədən normadan artıq şüşələdirəm (14 °С –dən aşağı temperatur ) insan şüalanma hesabına böyük miqdarda istilik itirir və buna görə də hətta havanın hərəkətsizliyi zamanı külək hissi yaranır.

    Havalandırma – önəmlidir
    Havanın temperaturunun saxlanılmasından söhbət getdikdə, onun keyfiyyətini unutmaq lazım deyil. Havanın tərkibi ( oksigenin və karbon qazının qarışığı ) ,buxarlamalar, qoxular, havanın hərəkətliliyi – bütün bunlar havalandırma sistemi ilə idarə olunur. Bağlı hovuz məntəqəsi digər adi məntəqələrdən onunla fərqlənir ki, suyun səthindən və digər səthlərdən , hovuzun təmizlənməsi zamanı istifadə edilən kimyəvi maddələrin zərərli qalıqları, rütubət buxarlanır . Bu adı çəkilən məntəqənin havalandırılmasına yüksək tələbləri artırır. Hovuz məntəqəsinin havalandırılması burada insanların soyunmuş olması və isti, rütubət və qoxuların xüsusi tezliklə ifraz olunması səbəbi ilə xüsusi diqqət tələb edir. Buxarlanma havalandırmanın layihələndirməsində həlledici amildir. Buxarlanmanın az olması üçün çalışmaq lazımdır. Hovuzdakı temperatur nə qədər yüksək olarsa, onun səthindən rütubətin buxarlanması o qədər çox olacaq, havalandırma sistemi bir o qədər məhsuldar olmalı və havalandırma sisteminin və hovuzun saxlanılmasına sərf edilən xərclər böyük olacaq. Suyun çox yüksək temperaturundan qaçaraq və nisbi rütubətliliyi mümkün qədər yüksək saxlayaraq buxarlanmanın intensivliyini azaltmaq olar. Hovuz məntəqəsinin havasının nisbi rütubətlilik kontrolu buna görə mühümdür.
    Maksimal mümkün rütubətlilik hovuz məntəqəsi tikilən tikinti materiallarının tələbləri ilə təyin olunur. Tikinti konstruksiyalarının həddindən artıq nəmləndirilməsi ciddi neqativ nəticələrə səbəb ola bilər. İlk növbədə səthlərində kondensasiya nəticəsində rütubət yaranan, korroziyaya uğrayan metal materiallar ziyan çəkir. Hovuz məntəqəsində nisbi rütubətlilik 50–60 % təşkil etməlidir.
    Bu göstəricilərin artması məntəqənin səthlərində rütubətin kondensasiyasına səbəb olur, daha aşağı göstəricilər isə diskomfort hissi yaradır. Havalandırma sisteminin olmaması rütubətin artmasına, komfortun aşağı düşməsinə, pəncərələrə və tikinti konstruksiyalarına kondensatın düşməsinə, havada xoşagəlməz qoxuların yaranmasına və onların məntəqəyə yayılmasına səbəb olur.
    Hovuz hövzələrinəhavalandırılma sistemi quraşdırılan zaman, nəzərə almaq lazımdır ki, onlar ayrıca, binanın ümumi sistemi ilə birləşməyən axıcı və sovurucu sistemlərə malik olmalıdırlar, belə ki, hovuz və əsas bina məntəqəsi adətən fərqli funksional təyinatlar və kəskin fərqlənən daxili istilik-rütubət rejiminə malik olurlar.
    Bu sovurulan havanın həcminin axan havaya nisbətən üstünlük təşkil etməsi ilə əldə edilir və hovuzdan gələn rütubətli havanın bütün binaya yayılmasının qarşısını alır. Axıcı havanı suyun səthinə yönləndirmək məsləhət görülmür. Su səthində havanın hərəkətlilik sürəti minimal olmalıdır və 0,05 m.s-ni aşmamalıdır, belə ki, hərəkətliliyin artması suyun buxarlanmasının artmasına, nisbi rütubətliliyin idarə olunmasına və havalandırma sisteminin elektrik enerjisi sərfinin artımına səbəb olur.Hovuz ətrafındakı məntəqənin döşəməsindəki havanın hərəkət sürəti 0,13 m/s olmalıdır ki, üzgüçülər soyutma sisteminə görə xoşagəlməz hisslər keçirməsinlər. Məntəqənin daxili qoruyucu səthlərinin rütubət kondensasiyasından ən effektiv qoruma üsulu bu səthlərin axıcı hava axını ilə üfürülməsidir. Şüşə səthi boyunca istiqamətlənən isti və quru axıcı hava, səthi isidir, su buxarının kondensasiyasının qarşısını alır və su sıçramalarını qurudur. Axıcı havanı yeraltı kanallarla şaquli şəkildə aşağıdan yuxarı verilməklə, xarici səthlər boyu istifadə etmək məqsədə uyğundur.
    Buna baxmayaraq, havanın yüksək sürətlə verilməsi küləyin yaranmasına səbəb olmur və diskomfort hissi yaratmır. Döşəmə qəfəslərini sudan qorumaq üçün lazımi tədbirlər almaq vacibdir. Əgər hovuzların şüşələnməsi döşəmədən yüksəkdə yerləşirsə, bu zaman su buxarının kondensasiyasından effektiv qoruma üçün axıcı hava qurğularını onlara yaxın yerləşdirmək lazımdır. Tavan işıqlarının və fənərlərinin rütubət kondensasiyasından qorunması ayrıca çətinlik yaradır. Axıcı havanı işıqların quraşdırıldığı yerlərə yönləndirmək vacibdir. Hovuz məntəqəsində daima tikinti konstruksiyalarının həddindən artıq nəmlənməsi təhlükəsi olduğuna görə havalandırma və isitmə sisteminin layihəçiləri xarici səthlərin nəmdən qorunması tədbirləri ilə əlaqəli mühəndislərlə sıx əlaqədə olmalıdırlar. Hava qurudan qurğuların tətbiq edilməsi
    hovuzların havalandırılması problemini həll etmir, belə ki, havadan rütubəti aradan qaldırır, amma qoxuları qaldırmır, nəfəs almaq üçün təmiz hava ötürmür, hava axınının qeyri-bərabərliyini yaradır. Bundan başqa, soyuducu sikli istifadə edən quruducular, həm də əlavə istilik mənbələridirlər ki, həmişə arzu olunan deyil. Əgər quruducu istifadə olunursa, hovuz məntəqəsində elektrik təhlükəsizliyinə xüsusi diqqət ayırmaq lazımdır. Havalandırma sistemi və hava quruducularının birgə istifadəsi mümkündür, amma bu əlavə analız və hesablamalar tələb edir. Hovuzun tikintisi zamanı suyun üzərinin xüsusi örtüklə örtülməsi nəzərə alınması məqsədə uyğundur. Bu səthdən buxarlanmanı və havalandırma sisteminin məhsuldarlığını azaltmağa imkan verəcək. Sovurucu qurğularla az tozlanmış isti və hovuzdan çıxan rütubətli havanın istiliyindən istifadə etməyərək onu küçəyə atmaq ağıllı fikir deyil. Buna görə hovuzlarda sovurma havanın istiliyinin saxlanılması ilə sovurucu-axıcı qurğular yerləşdirmək daha qanuna uyğundur. Onların istifadəsi elektrik enerjisi sərfini və havalandırma sisteminə çəkilən kapital xərcləri aşağı salır. Havalandırma sisteminin avtomatlaşdırılması. Önəmli olan təkcə uyğun avadanlığı seçmək yox, həm də onu düzgün quraşdırmaqdır. Bu sadəcə işin yarısıdır. Həmçinin hansı ardıcıllıqla və nəyi yandırmaq, lazımı rejimləri seçmək, isitmə və qurutma sistemi ilə axıcı-sovurucu sistemin işini uyğunlaşdırmaq və avtomatikaya təslim etmək.
    Avtomatlaşdırma:
    vaxtında sistemi və ayrıca elementləri ( vaxta, temperatura, rütubətə, işıqlanmaya görə söndürülmə ) yandırır və söndürür ;
    lazımı texniki parametrləri dəstəkləyir : temperatur, rütubət, məhsuldarlıq ( lazımı parametrlərin avtomatik dəstəklənməsini əl ilə dəyişmək demək olar ki, mümkün deyil );
    Sistemin bütünlükdə və ayrılıqda elementlərinin qoruma funksiyalarını reallaşdırır (gərginliyin artması və azalması və su kaloriferlərinin donmadan qorunması – bu sistemi quraşdırmaq olmaz, yuxarıda sadalananları isə əl ilə etmək sadəcə mümkün deyil);
    texnolojiəməliyyatların düzgün ardıcıllığını reallaşdırır, məsələn, quraşdırmaların qoşulmasında və ya onların dayandırılmasında; Sistemin iş parametrlərində qəzalar və sıradan çıxmalar haqqında xəbərdarlıq edir. Çox şey avtomatikadan asılıdır, onsuz sistem işləyə bilməz. Avtomatika havalandırmanın özü qədər vacibdir. Avtomatlaşdırma səviyyəsi sistemin mürəkkəbliyi səviyyəsinə uyğun olmalıdır, amma əsas qoruyucu və texniki funksiyalar adekvat şəkildə reallaşdırılmalıdır.

Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir... Ətraflı

Telefon nömrəsi:

(+99412) 464 83 70

Mobil nömrə:

(+99451) 788 88 33

Ünvan:

AZ1075, Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI plaza

Email:

office@polycond.az