Loading
TIVI plaza – Əhməd Rəcəbli küç.1, Bakı, Azərbaycan
(+99412) 464 83 70 (+99451) 788 88 33
HAVALANDIRMA

Mənzilin havalandırılması

Mənzilin havalandırılması- ilk baxışdan göründüyü kimi sadə sual deyil. Təcrübə göstərir ki, təklif olunan həllərdən tək başına seçim edən sifarişçı yalnız çox məlumatlı və səbirli ola bilər. Məsələ burasındadır ki, minimal axıcılıq və oksigen generatorları ilə havatəmizləyiciləri və kondisionerlərlə olan sadə həll yolları o qədər az effekt verir ki, geniş reklam olunmuş yeni qurğunun quraşdırılmasından əvvəl və sonrakı vəziyyət arasında demək olar ki, hiss olunmur. Əgər isti olduğu kimi qalıbsa, bu qurğuların nə anlamı var? Ən geniş yayılmış mənzil havalandırılmasıvariantı, hər gün rastladığımız– təbii havalandırılmadır.

    Mənzilin təbii havalandırılması o üsulla düşünülüb ki, sovurucu hava borusunda tüstü borusundakı kimi fərqli təzyiq yaransın.Şaxtadakı hava daha istidir, buna görə də o özü ilə xoşagəlməz qoxuları mətbəxdən və sanitar qovşaqlardan sovuraraq yuxarı meyl edir. Müasir mənzildə germetik plastik şüşəpaketləri yerləşdirilib, pəncələri açmağa isə dəhşətli səs imkan verir. Bundan başqa, çoxmərtəbəli evlərdə, bəzi qonşular sovurucu şaxtanı bağlayırlar. Axı məhz bu yerdə soyuducu ideal dayanır! Bu cür eksperimentlərin nəticəsində aşağı mərtəbələrdəki bütün qonşular havalandırmasız qalır.

Bu qurğu küçədən axıcı havanın miqdarını təbii yolla tənzimləyir. O belə görünür. İsidici qurğusunun yanında 60-100 mmdiametriolan deşik açılır. Deşiyə səs boğucu kaset yerləşdirilir. Məntəqənin içərisində yalnız klapanın tənzimləyicisi və qəfəs görünür. Qəfəsin altına bəzən təmizləyici filtr də yerəşdirilir. Çöldən deşik həmçinin qəfəslə örtülür. Yeri gəlmişkən, bir çox panel evlər artıq axıcı klapanlarla təmin olunub. Bu halda sadə qurğunu daha mükəmməlinə dəyişmək imkanı var. Bunu sifarişçi özü də edə bilər. Bu cür qərarın mənfi cəhətləri : qışda klapanı açmaq mümkün deyil – çox soyuq olacaq, həmçinin səs məsələsi aktual olaraq qalacaq. Bu cur qurğulardan hava sərfi minimaldır. Yalnız yarıaçıq nəfəsliklə müqayisə edilə bilər.


    Mənzilin axıcı halanadırılması
    Növbəti variant – mənzilin axıcı havalandırılmasıdır.
    Axıcı sistem lazımı hazırlıqdan keçən xarici havanı məcburi yolla ötürən qurğudan ibarətdir. Standart axıcı sistem ventilyatorun, kaloriferin və səs boğucunun qoşmalarını filtrə edən hava klapanından ( prujin və ya avtomatik ) ibarətdir. Bu cür qurğunun quraşdırılması zamanı, hava verilən məntəqələrdə havalandırma problemini bir dəfəlik həll edə bilərsiz. Üç otaqlı mənzil üçün saatda 300 kub metr hava axını tamamilə kifayətdir. Yeri gəlmişkən, Rusiya Sanitar Norma və Qaydalarına əsasən, adam başına düşən hava saatda 60 kub metr-dən az olmamalıdır. Amma saatda 300kub metr havanı isitmək üçün 5kVt gücü olan kalorifer lazımdır. Adi mənzil üçün bu az deyil. Bundan başqa kaloriferin bir həftə ərzində fasiləsiz işləməsinin nəticəsi öz əksini sahibkarın cibində ağlamalı vəziyyətdə tapacaq. Xərclərin azaldılması üçün avtomatika sistemi ventilyasiyanı fərqli rejimlərdə işlətməyə imkan verəcək şəkildə quraşdırılır : adi ( orta miqdarda təmiz hava verilir, ehtiyac olduqda qızdırılır- kaloriferi verilən güc avtomatik tənzimlənir ) , gecə rejimi ( minimal miqdarda təmiz hava verilir ) və havalandırma rejimi ( ventilyator tam gücü, qış vaxtı kalorifer də tam gücü ilə işləyir ). Yeri gəlmişkən, avtomatika sistemləri sadə ( hər şey əl ilə adi tumblerlərlə işə salınır ) olduğu kimi, inkişaf etmiş ( havanın parametrləri və seçilmiş rejimdən asılı olaraq qurğunun aqreqatlarını idarəetməsi ) ola bilər. Həmçininavtomatika klapanı idarə edə və filtrin çirklənməsi haqqında siqnal verə bilir. Mükəmməl mikroprosessor kontrol ediciləri konkret ehtiyaclara uyğun rejim proqramlaşdırmağa imkan verir. Məsələn, növbətçi rejim. Mənzilin sahibi işdə olanda, sistem vaxtaşırı kiçik havalandırma üçün arada sönəcək. Bütün rejimləri taymerlə hərəkətə keçirmək olar. Müasir avtomatika sistemlərinin dəyəri 1500-2000 dollara çatır.Amma axıcı sistemin işinə dönək. Ən sadə variantda axıcı sistem yalnız bir məntəqəyə xidmət göstərir. Hava, otaqdan keçərək dəhlizə keçir və mətbəxdə sovurma boşluqlarından və ya sanitar qovşaqlardan sovrulur. İki və daha artıq otağı təmiz hava ilə təmin etmək üçün hava borularını uzatmaq lazımdır. Əgər lodjiya varsa, ən rahat üsul hava borularını oradançəkmək olacaq. Hava boruları kifayət qədər səliqəli görünür , buna görə də düzgün quraşdırılmış kanalları gizlətməyə ehtiyac qalmır. Əgər bütün boruları lodjiyada yerləşdirmək imkanı yoxdursa, o zaman onları məntəqənin içərisində yerləşdirmək lazım olacaq.
    Kottecin havalandırılması
    Mətbəx sobalarından yerli xarakterli sovurma sistemləri ( sovurma çətirləri ); Kottec tikintisinin inkişafı, havanın soyudulması və isitməsi sistemləri ilə birlikdə fəaliyyət göstərən, ventilyasiya sxemlərinin işlənib hazırlanmasına səbəb oldu, yəni, bütün il ərzində məntəqələrdə optimal mikro iqlimi saxlasın – yayda 22–24°С, nisbi rütubətlilik 30–60%, hava kütəsinin hərəkətliliyi 0.2 m/s, qışda isə 20–22°С, 30–45% və 0,1–0,15 м/s. Bununla yanaşı kondisioner sistemi olmadıqda, havalandırma və isidici havanın lazımı parametrlərini – qışda temperatur 18–24°С civarında, nisbi rütubətlilik 30%-dən aşağı enməməli, hava kütlələrinin hərəkət sürəti isə 0,2 м/s ilə məhdudlaşmalıdır. Normativ sənədlər təmiz havanın verilməsinə uyğun normalar təyin edir. Havalandırma sistemi tərəfindən kottecdə havanın hazırlanması, tələb olunan temperaturun təmin edilməsi, evə təmiz havanın daxil olması və mətbəxdə baş verən proseslərdən, siqaret tüstüsündən, həmçinin bizi əhatə edən əşyaların – məişət texnikasının, DSP-dən hazırlanmış mebellərin, nəm xalça örtüklərinin, tikinti materiallarının və həm də insan özü, bir saat ərzində ciyərlərindən 15-18 kub desimetr karbon qazı ifraz edir. zərərli qaz ifrazı, qaynaqlanan zərərli maddələrlə bağlı problemin həllindən ibarətdir. Rusiyada şəhərdən kənar evlərdə, elektrik enerjisi sərf etməyən təbii havalandırma sistemlərindən istifadə edirdilər. Sovurucu sistem çöldəki havanın içəridəki havadan fərqi, binanın hündürlüyündən və küləyin hərəkətindən asılı olaraq işləyirdi. Otaqlardan çıxarılan hava boşluqlar və pəncərələr vasitəsilə çöl havası ilə əvəzlənirdi. Tikintidə hermetik şüşə paketlərindən istifadə etməyə başladıqdan sonra, monolit betonundan olan yeni texnologiyalı sxemlər hermetik oldular. Yaşayış yerinin təmiz hava ilə təmin olunması üçün şəhərdən kənar kottecləri məhz mexaniki axıcı-sovurucu havalandırma sistemi ilə təchiz etməyə başladılar.

    Beləliklə, əvvəl deyilənləri ümumiləşdirərək, axıcı-sovurucu havalandırma sistemi, bir qayda olaraq, hava təmizlənməsi bloklarlndan və avtomatlaşdırmadan, həmçinin yardımçı cihazlardan- çöl havasının saxlanması, onun daşınması və məntəqələrə paylanması, həmçinin işlənmiş havanın yaşayış məntəqəsindən kənara çıxarılması üçün qurğulardan ibarətdir. Havalandırma sisteminin mənfi tərəfi enerji tutumudur - kotteclərin bütün mühəndis sistemləri üçün təyin edilmiş enerjinin 50–60% -i. Havalandırma sisteminin alınmasına və onun iş qabiliyyəti olduğu dövrdə onun işlək vəziyyətdə saxlanılmasına işlənən elektrik enerjisi sərfi 80% arta bilər. Buna görə də havalandırma sistemi seçimində ilk növbədə onun qənaətliliyinə diqqət etmək lazımdır. Enerji sərfini minimallaşdırmaq üçün texniki həll yolu, havanın soyuqluğu və ya istiliyi sovurucu kanallarla evi tərk edən zaman, daxil olan axıcı havaya ötürə bilən rekuperatorlarla təchiz edilmiş havanın işlənməsi bloklarından istifadədir.

Havanın rekuperatorla işlənməsi blokları kotteclərdə istifadə üçün uyğundur. Modulun nisbətən kiçik qabaritləri var və bu onun yerləşdiriləmsi üçün yer seçimi zamanı önəmlidir. Kottecdəhavalandırma avadanlığının yerləşdirilməsi üçün , bir qayda olaraq, xüsusi yer göstərilmir və avadanlığı çardaqda, zirzəmidə və ya girişdə asma tavan üzərində yerləşdirmək lazım olur. Quraşdırılma, işə salınma və bloku qaydaya salma hansısa problemlərlə bağlı deyil. Qurğunun elektrik gücü, bir qayda olaraq, şəhərdən kənar evin naqilini yükləmir. Yaşayış məntəqəsinə yaxın yerləşən bloklarda, az səsli ventilyatorlardan istifadə oluna bilər. Kottec üçün müasir və enerji baxımından effektiv və komfortlu ventilyasiya sisteminin işlənib hazırlanması – sadəcə hava işlənməsi bloku seçimindən ibarət deyil. Köməkçi avadanlığı düzgün seçmək olunur, onlar olmadan hava xidmət göstərilən məntəqəyə çata bilməz, işlənmiş hava isə evi tərk etməz vəhesablamalarda kottecdə yerləşdirilən iqlim avadanlığının bütün xarakteristikaları düzgün seçilməlidir.

Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir... Ətraflı

Telefon nömrəsi:

(+99412) 464 83 70

Mobil nömrə:

(+99451) 788 88 33

Ünvan:

AZ1075, Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI plaza

Email:

office@polycond.az