Loading
TIVI plaza – Əhməd Rəcəbli küç.1, Bakı, Azərbaycan
(+99412) 464 83 70 (+99451) 788 88 33
KONDİSİONERLƏR
Kondisionerin nasazlığının diaqnostikası üzrə iş:

1. Mütəxəssisin gəlməsi
2. Qurğunun diaqnostikası
3. 3 kilovata qədər gücü olan kondisionerlərin diaqnostikası
4. 3 kilovatdan çox gücə olan kondisionerlərin diaqnostikası
5. 5 kilovatdan çox gücü olan kondisionerlərin diaqnostikası
6. 7 kilovatdan çox gücü olan kondisionerlərin diaqnostikası
7. 10 kilovatdan çox gücü olan kondisionerlərin diaqnostikası
8. Sənaye soyutma qurğularının diaqnostikası
9. Çillerlərin diaqnostikası
10. Fankoylların diaqnostikası

Əgər Moskva ətrafı ərazidə yaşayırsınızsa İş üçün təqdim edilən qiymətlər Moskva və MKAD kənarı bəzi rayonlarda (menecer ilə dəqiqləşdirin) etibarlıdır. Moskva vilayətinə getmək lazım olarsa əlavə ödəniş edilir. Ödənişin həcmi diaqnostika ediləcək kondisionerin yerləşdiyi məkandan və bu məkan üçün nəqliyyat infrastrukturunun şərtlərindən asılıdır.


    Kondisionerlərin diaqnostikası qiymətlərində necə qənaət etmək olar?
    Divar Split-sistem üçün fərdi standart profilaktik iş kompleksi üçün ödənişin həcmi 1500 rubldan ibarətdir. bu paketə aşağıdakılar daxildir:
    Split-sistemin xarici baxışı.
    • Kondisionerin özünü diaqnostika sisteminin yardımı ilə işçi parametrlərinin yoxlanması.
    • Split-sistemin daxili bloklarının filtrlərinin vəziyyətinin yoxlanması və təmizlənməsi.
    • Split sistemin xarici blokun istilik mübadiləçisinin təmizlənməsi.
    • Split sistemin daxili blokun istilik mübadiləçisinin təmizlənməsi.
    • Hava axınının çıxış parametrlərinin yoxlanması.
    • Drenaj sistemin işinin yoxlanması və təmizlənməsi.
    • Split-sistemin soyutma konturunda işçi təzyiqin yoxlanması.
    • Freon sızması üzrə soyutma konturunun xəttinin yoxlanması.
    • Lazım gələrsə freon ilə doldurma.
    • Split-sistemin işçi cərəyanlarının yoxlanması.
    • Blokların bərkidildiyi hissələrin yoxlanması.
    Yalnız mütəxəssislər tərəfindən aparılmış kondisionerlərin düzgün diaqnostikası yaranmış nasazlığı aradan qaldırmağa qadirdir.
    Bir qayda olaraq yoxlama nəticəsində Split-sistemin xarici blokunun təmizlənməsi tələb oluna bilər. belə ki, xarici blokda daimi olaraq toz və çirk, bitkilərin tozcuqları və hissəcikləri yığılır, bu radiatorun dəliklərini tutur və işin effektivliyini azaldır. Diaqnostika mövcud çirki müəyyən etməyə və onların aradan qaldırılmasına imkan verir.
    Mütəxəssis bütün birləşmələri nəzərdən keçirməli və yoxlamalı, lazım gəldiyi halda onları dartmalı və bərkitməli, daha sonra isə kondisioneri lazımi həcmdə xladagent ilə təmin etməlidir. Məişət kondisionerinin diaqnostikasını 1,5 il ərzində ən azı iki dəfə etmək lazımdır. Mütəxəssisin digər nasazlıqları da aşkar etməsi mümkündür, məsələn datçiklərdən birinin işləməməsi və s. Yalnız mütəxəssislər tərəfindən sistematik yoxlama uzun müddətli və fasiləsiz işin zəmanəti ola bilər. diaqnostikanı özünüz aparmağa cəhd etməyin, əksər hallarda bu ciddi xəsarətlərə və ya kondisionerin tamamən sıradan çıxmasına səbəb olur. Bu isə bahalı təmirə və ya Split-sistemin tamamən dəyişməsinə gətirib çıxara bilər.
    “Konstroy” şirkətinin servis-mühəndisləri diaqnostika, nasazlığın aradan qaldırılması, təmir üzrə lazım olan bütün işlərin tam kompleksini həyata keçirirlər. Onlar istilik mübadiləçisinin, elektron datçiklərin, freon təzyiqinin və digər parametrlərin tez və keyfiyyətli yoxlamasını aparırlar. Unutmayın ki, zamanında aparılan diaqnostika mütləqdir və ondan ilk növbədə istismarın müddəti və məhsuldarlıq asılıdır.
    Kondisionerlərin diaqnostikası zamanı nə yoxlanılır?
    • Soyutma konturunun işi
    • Soyumuş hava axınının xarakteristikası
    • Kompressorun işinin energetik parametrləri
    • İşin alqoritmində səhvlər
    • Əsas qovşaqların nasazlıqlar
    Kondisionerlərin diaqnostikası zamanı istifadə edilən əsas ölçü alətləri
    • Anemometr
    • Sızma axtaran
    • Elektron tester (universal)
    • Manometrik kollektor
    • Cərəyan ölçən kəlbətinlər
    Kondisionerlərin diaqnostikası prosesində Split-sistemin soyutma konturu rütubət və turşunun olub-olmaması üçün yoxlanmalıdır. Əgər soyutma konturunda rütubət və ya turşu varsa onları təcili şəkildə çıxarmaq lazımdır, bu isə diaqnostika prosesinin ən çox əmək tələb edən mərhələsidir.

    Hansı hallarda kondisionerin diaqnostikası tələb oluna bilər? split-sistemin işində nasazlığın əlamətləri
    Hər hansı texniki qurğu kimi kondisioner də işlədiyi müddət ərzində istehsalçı tərəfindən müəyyən edilmiş texniki parametrlərə müvafiq olmalıdır. Adi istifadəçi xüsusi cihazlar olmadan quraşdırılan qurğunun normalara nə dərəcədə müvafiq olduğunu müəyyən edə bilmir. Əlbəttə əgər kondisioner obyekti soyutmursa və ya daxili blokdan su axırsa bunu hamı görə bilir. Amma elə bu halda da Split-sistemin işində dəyişikliklərin səbəbini üzə çıxarmaq üçün əsas parametrlərin cihazlar ilə yoxlanması labüddür. İlk növbədə məkanın və daxili blokun çıxışında temperaturu, eləcə də sistemdə xladagentin təzyiqini ölçmək lazımdır. Yalnız mütəxəssis Split-sistemin xarici və daxili blokunun təmizlənməsinə və ya təmirə ehtiyac olduğunu müəyyən edə bilər.

    Kondisionerin nasazlığının mümkün səbəbləri
    Bəzən Split-sistemin nasazlığına bir neçə faktor səbəb olur, məsələn blokların daxilində çirklənmə və qismən freon sızması. Elektron datçiklərin yanlış işləməsində nasazlığın yaranma səbəblərindəndir. Kondisionerlərin işinin diaqnostikası bütün mümkün səbəbləri üzə çıxarmağa istiqamətlənib.

    Nasazlıqları iki qrupa bölmək olar:
    • Soyutma konturu ilə çətinliklər (kompressorların nasazlığı)
    • Elektronikanın və ya elektrik komponentlərin işləməməsi
    Hər iki qrupdan nasazlıqların mövcud olduğu vəziyyətlər də olur.
    Birinci qrupun işində nasazlığa səbəb freon sızmasıdır. Kondisionerlərdə magistral boruların mexaniki birləşdirilməsi tətbiq edilir. Montajın bu üsulu freonun kiçik təbii sızmasına yol verir. İllik zəmanət servis xidməti zamanı xladagentin kiçik həcmlər ilə doldurulması (ildə 150-200 qram) yol veriləndir.

    Freonun sızmasını dolayı yol ilə - sovurma xəttində təzyiqin dəyişməsi göstəricisinin yardımı ilə diaqnostika etmək olar. Xladagentin sızması aşkar edildiyi halda qurğunun istismarı dayandırılmalı və təmirə başlanılmalıdır. Təzyiq sıfır göstəricisindən aşağı düşərsə, havanın, onunla bərabər isə suyun daxil olması mümkündür. Sistemə rütubətin daxil olması isə kompressorun daxilindı pasın yaranmasına gətirib çıxara bilər. Pasdan başqa, kompressor qızma nəticəsində sıradan çıxa bilər. Kompressor sistemdə sirkulyasiya edən qazın sayəsində soyuyur. Bu halda artıq sadə doldurma ilə keçinmək mümkün olmayacaq. Freonun bütün qalıqlarını ləğv etmək, sızmanı aradan qaldırmaq, lazım olarsa quruducu-filtr və turşu əleyhinə filtr quraşdırmaq, sistemin vakkumasiyasını aparmaq və əlavə olaraq freon doldurmaq lazım gələcək.
    Xladagent sızmasından başqa sovurma təzyiqinin azalmasına gətirib çıxaracaq digər səbəblər də ola bilər.
    Yoxlamanı xarici və daxili blokların istilik mübadiləçisindən, eləcə də boru kəmərlərdən başlamağı məsləhət görürük. Bütün blokların yerində olduğundan, hav mübadiləsinə heç nəyin mane olmadığından, istilik mübadiləçisində və filtrlərdə çirk yığılmadığından, borularda isə mexaniki defektlərin olmadığından əmin olmaq lazımdır. Əgər birinci halda blokların yenidən quraşdırılması tələb olunarsa, ikinci halda peşəkar zəmanətli xidmət, üçüncü halda isə təmir lazım olacaq. Boru kəmərlərin mexaniki zədələri möhkəm əyildiyi və ya zərbə vurulduğu halda olur. Bu nasazlıq baxış ilə aşkar edilə bilər. Əgər maye boru-kəməri zədələnibsə, zədələnən hissədə temperatur fərqi olur. Boru-kəmərinin deformasiyaya uğradığı hissələrdə kondensat və ya şeh örtüyü yara bilər. boru-kəmərinin kiçik deformasiyası zamanı əzilmiş hissəni boru genişləndiricinin yardımı ilə düzəltmək olar. Əgər bu mümkün deyilsə həmin hissəni kəsərək yenisi ilə əvəz etmək lazımdır.
    Nasazlıqların bəzi kateqoriyaları haqqında indikasiya yardımı ilə öyrənmək mümkündür. Bir qayda olaraq tipik səhvlər haqqında ismarışlar gəlir. Hazırda biz kondisionerlərin populyar növündən – Split-sistemdən danışırıq.
    Bu qurğularda əsasən dörd nasazlıq olur:
    • Xarici blokda havanın temperatur detektorunun (ölçü götürənin) səhvi.
    • Daxili blokda havanın temperatur detektorunun (ölçü götürənin) səhvi.
    • İdarəetmə palatasının nasazlığı.
    • Daxili blokun ventilyatorunun elektrik mühərrikinin nasazlığı.
    Nasazlığın xarakteri barədə mütəxəssis kondisionerin işində yaranan qüsurlardan anlayır.
    Qurğu işə düşdükdən 15-20 saniyə sonra sönürsə bir qayda olaraq ventilyatorun daxili blokunun mühərriki sıradan çıxıb.
    Əgər Split-sistem işədüşmürsə və bununla yanaşı indikatorun lampaları yanıb sönür və ya ümumiyyətlə yanmırsa – çox güman ki, idarəetmə palatasının proqramında problem var deməkdir. Bu qəbildən olan nasazlığı aradan qaldırmaq çox asandır, sadəcə idarəetmənin ana palatasını yenidən proqramlaşdırmaq lazımdır. Bu halda mütəxəssislərimizə müraciət etməyi tövsiyə edirik.
    Kondisionerin iş alqoritminə diqqət etsək (o isə demək olar ki, bütün Split sistemlər üçün eynidir) o zaman Split sistemlərin nasazlığını daha dəqiq xarakterizə etmək mümkündür:
    • hava detektorunun göstəricilərinə görə, isti və soyuq rejimdə kompressorunyandırılıb söndürülməsi həyata keçirilir;
    detektorun göstəricilərinə görə, isitmə rejimində idarəetmə və qəza rejiminin işədüşmə daxili blok vasitəsilə, donma zamanı xarici blok vasitəsilə həyata keçirilir. Kondisionerin soyutma rejimində işi zamanı temperatur ölçən donmaya mane olur.
    Praktiki olaraq bütün müasir modellər özünü diaqnostika sistemi ilə təchiz edilib. beləliklə də qurğunuzun vəziyyətini anlayaraq – sistem meydana çıxan nasazlığı aşkar edir və özünü diaqnostikanın nəticələrini yanlış şifrə şəklində (alarm code) şəklində ekranda (pultun, platanın və yaxud da rejim indikatorunun) əks olunur.
    Sizə şirkətimizdə kondisionerlər üçün seviş xidmətindən istifadəni tövsiyə edirik, belə ki, bizdə kondisionerlərin xidmətinə diaqnostika da daxil edilib! Biz məişət və kommersiya kondisionerlərinin servis xidmətinin bir neçə variantını təklif edirik. Servisin bütün variantları bir binada yerləşən ən azı üç kondisionerin xidməti zamanı etibarlıdır. Bu zaman daxili və xarici bloklara çıxışın sənaye alpinistinin və xüsusi ləvazimatın istifadəsi olmadan mümkünlüyü ehtimal edilir. Qənaətcil variant (ildə bir dəfə xidmət) Mütəxəssislərimiz ildə bir dəfə (adətən yazın əvvəlində) kondisionerinizin tam diaqnostikasını və təmizlənməsini həyata keçirlər. bütün iş rejimlərində yoxlama aparılır, bir sıra parametrlər ölçülür. Bu parametrlərdən kondisionerin xidmət müddəti, eləcə də fəaliyyətinin ətrafdakılar üçün təhlükəsizliyi asılıdır. Yoxlamanın nəticələri üzrətəhlil aktı tərtib edilir. Əgər freon sistemdə təzyiq normadan az fərqlidirsə, otuz qramdan əlli qrama qədər illik freon sızmasına yol vermək mümkündür, bu zaman kondisioner freon ilə pulsuz doldurulur. Daha ciddi nasazlıqlar aşkar edildikdə ayrıca smeta tutulur, bura komplektləşdirmə və kondisionerin təmiri üçün lazımi işlər daxil edilir.
    Bu halda Split-sistemin təmiri Sifarişçinin hesabına həyata keçirilir.
    İstismar prosesində Sifarişçi tərəfindən bir nasazlıq aşkar edilərsə, mütəxəssislərimiz kondisionerin yoxlanmasını pulsuz həyata keçirirlər.
    Mövsümi variant (ildə 2 dəfə xidmət)
    Kondisionerlərin xidmətinin bu variantına “qənaətli variant”, amma Split-sistemin payızın sonundaümumi profilaktikası da daxildir. Split-sistemlərin bu xidmət variantı ilin 6-7 ayı kondisioner istifadə edənlərə aiddir.
    Baza variantı (ildə 4-12 dəfə xidmət)
    Kondisionerlərin bu xidmətinə “Qənaətli variant”, eləcə də kondisionerinizin daxili blokunun və ümumi diaqnostikası daxildir. Bu variantda stabil iş üçün vacib olan profilaktik işlər mütəxəssislərimiz tərəfindən aparılır. Bu variant il ərzində işləyən, server məkanlarda yerləşən kondisionerlərə tətbiqi tövsiyə edilir.
    Kondisionerin xidməti zamanı yerinə yetirilən işlərin siyahısı
    Diaqnostika (lazım gəldiyi halda qovşaqların nəzərdən keçirilməsi və sökülməsi), kompressorların diaqnostikası.
    Trasın vəziyyətinin yoxlanılması.
    Qoruyucu qurğuların yoxlanılması.
    Ümum mövsüm blokun yoxlanılması (olması).
    Hava filtrlərinin təmizlənməsi.
    Buxarlanma radiatorunun yuyulması (lazım gəldiyi halda).
    Xarici blokun radiatorunun sıxılmış hava və ya mini yuyucu Karcher (lazım olduğu halda) ilə təmizlənməsi.
    İl ərzində mümkün olan 30-50 q sızmada xladagent vurulması (lazım olduğu halda).
    Qurğunun sökülməsin və detalların dəyişdirilməsini tələb etməyən kiçik nasazlıqların aradan qaldırılması (məbləğ 300 rubla qədər olarsa, işlər pulsuz yerinə yetirilir)
    Kondisionerdə problem meydana gəldiyi halda növbədən kənar yoxlama və diaqnostika.
    Diaqnostikası edilmiş nasazlığın təmiri (təmirin qiyməti prays-list üzrə).
    Yoxlanmış kondisionerə xidmət zamanı yerinə yetirilən əlavə işlər
    Sovurma xəttinin xladagent təzyiqinin yoxlanması.
    Təzyiq edici xəttin xladagent təzyiqinin yoxlanması.
    Sovurucu xəttin temperaturunun yoxlanması.
    Təzyiq edici xəttin temperaturunun yoxlanması.
    Xladagentin təzyiqinin nizamlanması (lazım olarsa).
    Xladagentin vurulması (lazım olduğu halda prays-list üzrə ödəmə).
    Elektrik buxar nəmləndiricisinin diaqnostikası və təmizlənməsi (lazım olduğu halda prays-list üzrə ödəmə).

    Çiller, fankoyl v ventilyasiya qurğularının xidməti
    Çillerin xidməti zamanı yerinə yetirilən işlərin siyahısı
    СNormativ göstəricilərə müvafiq işçi parametrlərin ölçülməsi və yoxlanılması.
    Kompressorlarda yağın səviyyəsinin yoxlanması.
    Yağın turşuluğunun yoxlanması (prays-list üzrə ildə 1 dəfə).
    Nəzarət və avtomat sistemlərinin işinin yoxlanması.
    Nizamlayıcı qurğuların yoxlanması.
    Qoruyucu qurğuların yoxlanması.
    Soyutma konturunun germetikliyinin yoxlanması.
    Xladagentin rütubətinin yoxlanması.
    Doldurulan xladagentin kəmiyyəti.
    Xladagent və yağın doldurulması (lazım olarsa prays-list üzrə ödəmə)
    Quruducu filtrin dəyişdirilməsi (lazım olarsa)
    Kompressorun bərkidicilərinin dəyişdirilməsi
    Kondensator bloklarının ventilyatorlarının mühərriklərinin dəyişdirilməsi.
    Mərkəzdənqaçma nasosları:
    Nasosların vizual baxışı.
    Mümkün sızmaların aşkar edilməsi üçün birləşmə yerlərinin nəzərdən keçirilməsi.
    Buraxılış və işçi cərəyanın ölçülməsi.
    Boru-kəmərlər və qapama armaturlar sistemi:
    Boru-kəmərlər və qapama armaturlar sistemində sızmanın aşkar edilməsi və aradan qaldırılması üçün vizual baxış.
    Soyutma maddə filtrlərinin təmizlənməsi.
    Bolt, flants birləşmələr və salnik bərkidicilərin dartılması.
    Mövsümi buraxılış-təmir işlərinin aparılması (ildə 2 dəfə)
    Fankoylun servisi zamanı həyata keçirilən işlərin siyahısı
    Filtrlərin təmizlənməsi.
    Ventilyatorların işinin yoxlanması.
    Mümkün sızmanı aşkar edilməsi üçün soyutma birləşmələrinin vizual baxışı
    Radiatorun təmizlənməsi.
    İdarəetmə pultunun işinin diaqnostikası.
    Drenaj sisteminin yuyulması.
    Barmaqlıqların təmizlənməsi.
    Ventilyasiya qurğusunun servisi zamanı həyata keçiriləni işlərin siyahısı
    Filtrlərin təmizlənməsi.
    Qurğunun vizual baxışı.
    Ventilyasiya qurğusunun vizual baxışı.
    Korpusa faza cərəyanının sızmasının yoxlanması.
    Ventilyatorun mühərrikinin gərginlik və cərəyan istifadəsinin yoxlanması.
    Asılı qoruyucunun elektrik naqilinin işinin yoxlanması.
    Qoruyucu qurğuların yoxlanması.
    Elektrik birləşmələrin, Etibarlılığının, vəziyyətinin, izolyasiyasının yoxlanması.
    Kəmərin vəziyyətinin və dartılmasının yoxlanılması (olduğu halda)
    Elastik əlavələrin vəziyyətinin yoxlanması.
    Su kaloriferinin qovşağının avtomat sisteminin və müdafiəsinin yoxlanması.
    Kaloriferin konservasiyası və sarıma qovşağının yay müddəti üçün yoxlanması.

Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir... Ətraflı

Telefon nömrəsi:

(+99412) 464 83 70

Mobil nömrə:

(+99451) 788 88 33

Ünvan:

AZ1075, Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI plaza

Email:

office@polycond.az