Loading
TIVI plaza – Əhməd Rəcəbli küç.1, Bakı, Azərbaycan
(+99412) 464 83 70 (+99451) 788 88 33
ÇİLLERLƏR

      
Çillerlərin təmiri və texniki servisi

Çiller –böyük sənaye və ofis sahələrinin kondisionerləşdirilməsi üçün tətbiq edilən xüsusi maşındır. Belə qurğunun yardımı ilə ayrı-ayrı ofislərdə və ya bütün binada kondisioner sistemi dəstəklənir. Çillerlər istənilən mürəkkəb texnika kimi mütəmadi olaraq servis və təmirə ehtiyac duyur. Belə mürəkkəb soyuducu qurğuların təmirini yalnız çillerlərin servisi üzrə ixtisaslaşmış, qısa zaman ərzində çillerlərin yoxlanma və təmirini həyata keçirə biləcək mütəxəssislərə həvalə etmək olar.


    Çillerlərin servis xidmətinin özəllikləri
    Çiller – yüksək istehsalat keyfiyyəti ilə seçilən mürəkkəb soyutma qurğusudur, amma buna baxmayaraq yanlış istismar zamanı sıradan çıxa bilər. Gələcəkdə problemlərdən və bahalı təmirlərdən qacınmaq üçün çilleri quraşdırdıqdan dərhal sonra onun servis xidmətlərinə başlamaq lazımdır. Çillerin quraşdırılmasının düzgün aparılmasına nəzarət etmək lazımdır. Soyuducu qurğusu bütün qayda və normalara müvafiq aparılmalıdır, zamanında və peşəkar texniki xidmət isə çillerin etibarlı və uzunmüddətli çalışması deməkdir. Yuxarıda sadalanan sadə qaydalara ciddi riayət edildikdə çillerin istismar müddətini yetərincə uzatmaq mümkündür.
    Çillerin təmir mərhələləri
    Çillerin düzgün texniki xidmət səylərinə baxmayaraq – istənilən soyuducu qurğu kimi o a sıradan çıxa bilər. Təəssüf ki, soyuducu sistemlərin ömrü əbədi deyil, onların müəyyən istismar müddəti mövcuddur. Çillerlərin quraşdırıldığı binaların sahibləri mütəmadi olaraq soyuducu qurğuların servis xidməti ilə məşğul olan mütəxəssislərə müraciət edirlər. Çillerlərin təmiri bir qayda olaraq soyuducu qurğunun diaqnostikasından başlayır. Diaqnostika prosesində elektron sistemlər, daxili və xarici bloklar yoxlanılır, eləcə də radiator və kompressorların baxışı keçirilir. İlkin baxışdan sonra mütəxəssislər nasazlıqların daha detallı təhlilinə keçirlər. Çillerlərdə bütün filtr və soyuducuların hidravlik təzyiqi ölçülür, təhlükəsizlik sistemi test edilir, sistemin müxtəlif yerlərində gərginliyin səviyyəsi ölçülür, ən uzaq kommunikasiya və magistrallar yoxlanılır. Nasazlığın səbəbi aşkar edildikdən sonra lazımi detallar əvəzlənir, göstəricilər isə tarazlanır. Bütün təmir əməliyyatları başa çatdıqdan sonra kondisioner sisteminin sınaq buraxılışı həyata keçirilir. Porblemsiz fəaliyyət göstərdiyi halda – iş yerinə yetirildi sayılır, əgər yenidən problemlər meydana çıxarsa mütəxəssislər çilleri dayandırıb və təkrar baxış keçirirlər.
    Nəzərə almaq lazımdır ki, zamanında göstərilən texniki xidmət və düzgün istismar soyuducu sistemin istismar müddətini uzada bilər, amma onu gözlənilməz vəziyyətlərdən müdafiə edə bilməz. Buna görə də əgər çiller sıradan çıxıbsa və ya sıradan çıxacağı şübhəsi yaranarsa mütləq peşəkarlara müraciət etmək lazımdır. Çünki istənilən texniki problemin ilkin mərhələdə aradan qaldırılması asandır.

    Çillerin qış üçün konservasiyası
    Havanın soyudulmasına tələbat olmadığı, temperaturun aşağı olduğu dövr üçün (qış üçün) çillerlərin konservasiyası soyuducu qurğuların servis xidməti üzrə mühüm əməliyyatlardandır. Bu çiller və onun boru kəmər sisteminin küçədə və ya isidilməyən məkanda olduğu zaman xüsusilə vacibdir. Boru kəmərlərdə suyun donmasının qarşısını almaq üçün, onu zamanında sistemdən xaric etmək, boru kəmər sisteminin özünü isə sıxılmış hava ilə təmizləmək lazımdır. Bəzi hallarda boru kəmərlərə anti-friz tökmək də tövsiyə edilir. Həmçinin sirkulyasiya nasosunu keçirmək, hidrosistemdə bütün ventilləri bağlamaq, çillerin özünü konservasiya dövrü boyu sönmüş rejimdə saxlamaq, eləcə də fren tərkibli xəttin klapanını bağlamaq lazımdır.
    Çillerin konservasiyadan çıxarılması
    Mövsüm arası –istənilən iri ticarət mərkəzi, kinoteatr, müəssisə və ya ofis binası üçün yetərincə gərgin zamandır. Bütün sistemlər tam həcmdə və zamanında istismarın bir rejimindən digərinə qışdan yaya və yaxud da əksinə keçirmək lazımdır. İsti mövsümə hazırlıq zamanı soyuducu qurğunun artan iş yükünə hazırlıq yoxlanılır. Əsas əməliyyatlardan biri çillerin konservasiya rejimindən çıxarılmasıdır.
    Çillerin konservasiya rejimindən çıxarılması: Yalnız peşəkarlara həvalə edilə biləcək işdir.
    Bütün çiller istehsalçıları öz məhsullarını ətraflı texniki sənədlərlə təchiz edirlər, bu sənədlərdə çillerin konservasiya rejimindən çıxarılması mərhələsi əsas yerlərdən birini tutur - əməliyyat isə ardıcıllıq qorunaraq və təfərrüatları ilə təsvir edilir. Bununla yanaşı çillerin ilk işə salınması və konservasiya rejimində çıxarılması arasında fərq çox azdır – hər iki halda soyuducu qurğunun istismara verilməsi baş verir.
    Çillerin işə salınması zamanı bəzi sərt qaydalara əməl etmək lazımdır – hər kompressor 75-100% yüklənməli və soyudulmuş suyun tələb edilən temperaturunu təmin etməlidir. Çoxsaylı parametrlər ilə bütün proses kompüter tərəfindən qeydə alınır və qeydə alınır. Belə tələblər praktiki olaraq bütün çiller və frankoyl istehsalçıları tərəfindən irəli sürülür. Yalnız belə məlumatlar olduğu zaman çillerin zəmanətli təmiri təmin edilə bilər. Əks halda təmirə görə bütün xərclər soyuducu avadanlığın sahibinin üzərinə düşəcək.
    Daha bir mühüm məqam – istənilən soyuducu qurğunun istismar prosesində jurnal aparılır, bura işə başlama və hər kompressorun işi yazılır. Çillerin istehsalçısına göndərilən faylda bütün göstəricilər qeyd edilməlidir. Kompressorun istismara başlandığı andan göstəricilərin götürülməyə başladığı ana qədər müddət 30 dəqiqədən artıq olmamalıdır. Sınamaq üçün yandırıldığı, yenidən işə başlamalar soyuducu qurğusunun istehsalçısının zəmanət öhdəçiliklərindən imtinasına səbəb ola bilər. Nəticədə çillerin təmiri, istismar zamani ciddi qayda pozuntularına yol verən soyuducu qurğunun sahibinin hesabına ediləcək.
    Çillerin hər mövsüm konservasiya rejimində çıxarılması, sistemin ilk dəfə işə düşmə prosesinə bərabərdir. Bu zaman üçün bütün müvafiq magistrallar hazırlanmalı və frankoylların servis xidməti həyata keçirilməlidir. “Konstroy” şirkətinin mütəxəssisləri soyuducu sistemin fəal istismara hazırlanmasına dair kompleks həlli təmin edəcəklər. Çillerlərin servis xidməti üzrə uzun illik təcrübəsi bizə qurğunun konservasiya rejimində çıxarılması üzrə istehsalçı şirkətlərin ən ciddi tələblərinə riayət etməyə imkan verir.
    Çillerlərin konservasiya rejimindən çıxarılması: Praktiki aspektlər
    Texniki sənədlərin tələblərinə müvafiq olaraq çillerlərin konservasiya rejimindən çıxarılması prosesi əksər hallarda iki gün çəkir.
    Birinci gün bütün lazımi hazırlıq işləri görülür:
    Bütün boru kəmərlərin, hər iki konturun – freon və su qapayıcı aparatların vəziyyətinin yoxlanılması.
    Salnik bərkidicilərin vəziyyətinin dəyərləndirilməsi.
    Bütün yardımçı avadanlığın fəaliyyətinin yoxlanması – rele, klapanlar, manometrlər, nasoslar və termometrlər.
    Avtomat və müdafiə relelərinin yoxlanılması.
    Yağın vəziyyətinin, gələcəkdə istifadəyə yaralı olmasının müəyyən edilməsi.
    Yağ qızıdırıcılarının fəaliyyətinə nəzarət.
    Freon konturun daxilində rütubətin olmadığının müəyyənləşdirilməsi. Lazım olarsa quruducu filtrlərin kartriclərinin dəyişdirilməsi.
    Hava soyuducu kondensatorlara aid ventilyator və elektrik mühərriklərinin iş qabiliyyətinin qiymətləndirilməsi.
    Elektrik birləşmələrinin müqavimətin və izolyasiyanın vəziyyətinin və sazlığının yoxlanması.
    Sistemdə sirkulyasiyaya nəzarət və xladagentin səviyyəsinə nəzarət, lazım olarsa xladagentin vurulması.
    Sistemin bütün lazımi texniki maddələrlətəminatı.
    Çillerlərin konservasiya rejimindən çıxarılmasına hazırlıq işləri ən azı 12 saat müddətinə yağ qızdırıcılarının işə salınması ilə başa çatır.
    İkinci gün çillerin işə salınması və işə nəzarət həyata keçirilir.
    Yağın temperaturuna və kompressorun karterində elektrik isidicisinə nəzarət.
    Qurğunun birbaşa işə salınması və işçi parametrlərinin çıxarılması.
    İşçi parametrlərin istismar jurnalında lazımi qeydlərin tərtibi ilə korrektəsi.
    Soyuducu konturların germetikliyinin qiymətləndirilməsi, lazım olarsa axıntıların operativ şəkildə aradan qaldırılması.
    Temperatur tənzimləyicisinin işinin yoxlanılması.
    Qoruyucu qurğuların və müdafiə sisteminin işinin praktiki yoxlanması.
    Kompressorların xarici səsin olmasına dair yoxlanması və mikroprosessorun sınanması.
    “Çiller-frankoyl” sisteminin müxtəlif rejimlərdə işinin yoxlanması.
    Qida gərginliyinin yoxlanmasının həyata keçirilməsi.
    Çillerin saz olması və məhsuldarlığına dair çıxarışın verilməsi, onun gələcək istismar üçün xidmət personalına təqdim edilməsi.
    Bir qayda olaraq, çillerin konservasiya sistemindən çıxarılması soyuducu qurğunun bütün sistemlərinin texniki xidməti ilə birgə aparılır. Bu proseslərin birləşdirilməsi nasazlıqları aşkar etməyə və aradan qaldırılmasına imkan verəcək, qurğunun sabit işini təmin edərək istənilən qəza vəziyyətini yaranmasını istisna edəcək.

Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir... Ətraflı

Telefon nömrəsi:

(+99412) 464 83 70

Mobil nömrə:

(+99451) 788 88 33

Ünvan:

AZ1075, Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI plaza

Email:

office@polycond.az