Loading
TIVI plaza – Əhməd Rəcəbli küç.1, Bakı, Azərbaycan
(+99412) 464 83 70 (+99451) 788 88 33
ÇİLLERLƏR
Çiller – təyinatı maye istilik daşıyıcısını soyutmaq olan qurğudur. Prinsip üzrə çillerləri iki əsas hissəyə bölmək olar:
1.Absorbsionçillerlər
2.Buxar kompressor çillerləri
Çillerlərin maddələrin istilik özəlliklərini udma (absorbtsiya) və kompressiya yolu ilə soyuq alma prinsipi üzrə iki qrupa bölündüyünü anlamaq çətin deyil.
    Absorbtsion çillerlər – soyutma qurğusunun yetərincə perspektivli hissəsidir, son zamanlar isə bu növ soyutma qurğusu enerji istifadəsi az olduğu üçün daha çox istifadə edilir. İş ondadır ki, absorbtsion soyutma qurğularının əsas enerji mənbəyi ucuz istilikdir, elektrik yox. İstiliyi zavod və fabriklərdə bir çox texnoloji proseslərdən əldə etmək olar. İstilikdən əsasən isti su və ya isidilmiş hava şəklində atmosferə atılaraq yaxa qurtarılır.
    Absorbsion çillerin xarici görünüşü.

    Absorbsion növlü çillerlərdə işçi silsiləsi belə gedir: generatorda, ona birləşdirilmiş istilikdə - işçi maddəsi qaynayır. Xladagentin qaynama temperaturu absorbentin qaynama temperaturundan nisbətən aşağıdır, bu səbəbdən də xladagent praktiki olaraq buxarlanır. Daha sonra xladagentin buxarı kondensatora daxil olur, burada soyuyaraq öz istiliyini ətraf mühitə buraxır. Daha sonra xladogent soyuyur və buxarlanma başlayır, öz soyuqluğunu istehlakçıya verərək absorberə istiqamətlənir. Ora drossel vasitəsilə birinci mərhələdə xladegentin qaynadığı absorbentdə düşür. Hər iki komponent absorberdə bir-birinə qarışır və nasos vasitəsilə generatora düşür, burada xladogent yenidən qaynayaraq buxara dönür və proses yenidən təkrarlanır.
    Absorbsion çillerlərin qənatəcilliyi nədən ibarətdir?
    Absorbsion çillerlər iş üçün müəssisənin texnoloji proseslərinin artıq istiliyini istifadə edirlər, bu istilik havayıdır, ona görə də çillerlər elektrik enerjisini yalnız nasosun işləməsi üçün istifadə edirlər. nasos çox az elektrik enerjisi sərf edir, bu absorbsionçillerin əsas qənaətidir. Bu qənaət absorbsionçillerlərin inkişafına və yayılmasına səbəb olub.
      Buxar-kompressor çillerləri
      Buxar-kompressor çillerləri ən böyük və yayılmış soyutma avadanlığıdır.
      Buxar-kompressor çillerlərində soyuq dörd prosesdən ibarət buxar-kompressor silsiləsində yaranır.
      1.Kompressiya
      2.Kondensasiya
      3.Drosseləşdirmə
      4.Buxarlanma

    Xladagent (işçi maddəsi) qaz vəziyyətində təxminən 7 atmosfer təzyiqi və 5 dərəcə temperaturu olan kompressora düşür, 30 atmosferə qədər sıxılır, təxminən 80 dərəcəyə qədər qızdırılır. Daha sonra xladagent kondensatora düşür, burada soyuyur (əsasən ətraf mühitin hesabına) təxminən 40 dərəcə temperatura qədər soyuyur, bu zaman təzyiq ideal şəraitdə dəyişməz qalır. Soyutma prosesində xladagent kondensasiya edilir və alınan maddə drosselə düşür, burada sürətlə genişlənir. Çıxışda maye və buxardan, təxminən 7 atmosfer və 0 dərəcədə maddə alınır. Xladegent buxarlanmada yığılmış soyuqluğu ətrafdakı isti daşıyıcısına verir. Soyumuş istilik daşıyıcı son məmulatdır. Xladagent buxarlandırıcıdan ilkin ~5 C və ~7 atmosfer təzyiqi parametrləri ilə kompressora düşür. Mərhələ bitir. Proseslərin bütün hərəkət verici qüvvəsi buxar-kompressor çillerində - kompressordur.


    Çillerlərdə xladagent və istilik daşıyıcısı
    Oxşar terminlərin xladagent və istilik daşıyıcıların çillerdə ayrılmasını təsadüfi olmadığın xüsusi qeyd etmək istərdik. Xladagent – soyuducu siklin işçi maddəsidir, bu iş prosesində o təzyiqin geniş diapazonunda ola bilər, eləcə də faza dəyişikliklərinə uğraya bilər.
    İstilik daşıyıcısı – maddənin aqreqat vəziyyətinin daşıyıcısıdır, isti və ya soyuğun lazımı məsafəyə daşımağa xidmət edir.
    Prinsipcə, analogiya aparmaq olar, xladagentin hərəkətverici qüvvəsi kompressor, istilik daşıyıcısının hərəkətverici qüvvəsi isə nasosdur. Başqa sözlə, istilik daşıyıcı hər zaman qaynama nöqtəsindən aşağı, xladagent isə həm aşağı, həm də qaynama nöqtəsindən yuxarı temperatura da malik ola bilər.
    Buxar-kompressor çillerləri xaricdə quraşdırılmış kondensator və daxili kondensatorlu buxar-kompressor çillerlərinə bölünür.
    Xarici quraşdırılmış buxar-kompressor çillerləri vahid blokdur, binanın xaricinə quraşdırılır. Bu binaların damında və ya yerdə lazımsız sahələrin istifadəsinə imkan yaradan daha ucuz həllidir. Bu çillerlərin yeganə minusu istilik daşıyıcısı kimi suyun istifadəsidir, onu qış mövsümündə harasa boşaltmaq lazımdır. Bu problemin həlli üçün müasir buxar-kompressor çillerlərində duz qarışıqlarından və ya qlikolinin su ilə qarışığından istifadə edirlər, bu isə temperaturun aşağı olduğu zaman işçi mayenin donmasına mane olur. Çillerlər üçün məlum olan müasir mayelər sudan 15-20% daha az effektivdir. Ümumiyyətlə su yüksək istilik həcmi və qatılığı sayəsində əvəzsiz istilik daşıyıcıdır, amma yüksək donma temperaturuna da malikdir. Buxar-kompressor çillerlərində daxili quraşdırma zamanı vəziyyət xarici quraşdırılmış çillerlərdən tamamən fərqlidir. Belə çillerlər iki hissədən – kondensator və kompressor-buxarlandırıcı blokdan ibarətdir, onlar öz aralarında freon tras ilə bağlanır. Bu çillerlər binanın daxilində quraşdırma tələb edir, bu isə yetərincə bahalıdır, belə ki onlara həmçinin xaricdə də yer lazımdır, amma sahəcə daha kiçik yer.
    Daxili quraşdırma çillerləri kondensatorun icraçı növü üzrə qruplara bölünür. Hava soyuducu kondensatorlu və su soyuducu kondensatorlu çillerlər olur. Hava soyuducu kondensatorlu çillerlər – kütləvi variantdır. Onların kondensatoru boru-qatlı istilik mübadiləçisidir. Havanın qatılığı nisbətdə az olduğu üçün kondensatorun ölçüləri yetərincə böyük olmalıdır. Bəzən su soyuduculuq kondensatorlar tətbiq edirlər. Belə çillerlərin kondensatorları lövhəli və ya lövhəli-qatlı olur, bəzən isə boru daxilində boru prinsipli istilikmübadiləçiləri istifadə edilir. Su istilikmübadiləçiləri hava mübadiləçilərində kiçikdir, belə ki , suyun qatılığı havanın qatılığından çoxdur. Su təxminən 40 dərəcə selsidə qızır. Çiller qurğusunun özü hava soyuducusundan qiymətcə bahadır, icrası və layihələndirilməsi, gələcəkdə quraşdırılması və istismarda servisi də mürəkkəbdir.
    Çillerlər həmçinin hidromodulun icrası üzrə quraşdırılmış hidromodullu çillerlərə və əlavə edilə biləcək hidromodullu çillerlərə bölünür. Quraşdırılmış hidromodullu çillerlər nasos qruplu əksər hallarda genişləndirilmiş bloku olan monoblokdur. Əsasən iki modifikasiyalı standart hidromodullar istehsal edilir, müxtəlif nasos gücünə malik hidromodullar bəzən sifarişçinin tələblərinə cavab vermir, bəzən isə onların gücü yetərincə olmur. Bundan başqa quraşdırılmış hidromodulda nasos küçədə olur, bu isə qış vaxtı əlavə problemlərin yaranmasına səbəb ola bilər. donmayan istilik daşıyıcısı aşağı temperaturun təsiri altında qatılaşır, nasoslar işə salındığı ilk saniyələrdə yaranan qatılığın öhdəsindən gələ bilmirlər və sönürlər. amma bu çillerlərin bir sıra əvəzolunmaz üstünlükləri də mövcuddur, ayrıca nasos stansiyası üçün yer lazım deyil, çillerlərin quraşdırılması və sonradan istismarı zamanı avtomatika ilə problem olmur.
    Daşınan hidromodullar isə quraşdırılmış hidromodulların gücü yetərli olmayanda və ya ehtiyat üçün istifadə edilir. Xarici hidromodul, bir qayda olaraq elastikdir, belə ki, trasın uzunluğu praktiki olaraq məhduddur, axı çox güclü nasoslar da olur.
    Çillerlərdə müxtəlif kompressorlar növü istifadə edilir – porşenli, rotasiyalı, spiral və vintli. Həmçinin kondensator üçün– oxlu və mərkəzdən qaçma kimi iki növ ventilyator var.

    Çillerlərin xassələri
    Frikulinq – azad soyutma funksiyası. Soyuq havada işləyən çillerlər üçün demək olar ki, əvəzolunmazdır. Hava soyuq olarkən –buxar-kompressor blokunun istifadəsinə lüzum qalmır və istilik mübadiləçisi belə hallarda küçədəki hava ilə soyuyur. Soyuq təchizatı sistemində ən çox 7/12С temperatur qrafiki yayılıb, deməli küçədə 7C olarsa azad soyutmadan istifadə etmək olar. Praktikada istifadə sahəsi bir qədər daralır – 0C və daha az temperaturda frikulinqlərin soyuq istehsal etmə qabiliyyəti nominal həddə çatır.
    İstilik nasosu – bu çillerin isitməyə işləyən rejimidir. Buxar-kompressor silsiləsi bir qədər fərqli davamlılıqda işləyir, buxarlandırıcı və kondensator rollarını dəyişir və istilik daşıyıcısı soyumur, isinir. Baxmayaraq ki, çiller soyuducu olsa da, o isidici kimi daha effektivdir. İsti nasos rejimi ictimai və administrativ binalarda yayılıb, bəzən anbar və bu qəbildən olan məkanlar üçün istifadə edilir.
    Kompressorun axarlı buraxılışı komandası yüksək buraxılış cərəyanından uzaq durmaq özəlliyidir. Bu ayar elektrik şəbəkəsinə pik yüklənmələri azaldacaq və çillerin daxilindəki kompressorun istismar müddətini artıracaq.
    Çillerlərin servis xidmətinə dair məqaləni də oxumağı tövsiyə edirik. Çillerlər üzrə sizi maraqlandıran bizim forumda verə bilərsiniz.

Ventilyasiya, VRF və soyutma sistemlərinin servis və təmir xidmətlərinin qiymətiişin həcmindən və çətinliyindən asılı olaraq dəyişir... Ətraflı

Telefon nömrəsi:

(+99412) 464 83 70

Mobil nömrə:

(+99451) 788 88 33

Ünvan:

AZ1075, Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI plaza

Email:

office@polycond.az